Zakir Həsənov İsrail müdafiə naziri ilə telefonda danışdı - Açıqlama

img

20-11-2022 [17:09]


Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qantz Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirilr ki, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın  perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Benyamin Qantz Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:59 17.08.2025

QHT sədri vəfat edib