İrandakı etirazlar böyüyür - Hakim elita parçalanır
19-11-2022 [12:03]
“Rejimə qarşı davam edən etirazların İranın təhlükəsizlik güclərində yüksəkvəzifəli rejim məmurları arasında fikir ayrılığına səbəb olacağı ehtimal edilir”.
Bu qənaətə ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəliblər.
İnstitut qeyd edib ki, rejim rəsmiləri və ona bağlı şəxslər noyabrın 18-də İran təhlükəsizlik aparatında etirazları yatırmaq üçün taktika ilə bağlı fikir ayrılığına işarə ediblər: “Rəisi (İran Prezidenti İbrahim Rəisi - red.) administrasiyasının rəsmisi rejimin “müvafiq orqanları istəsələr”, tez bir zamanda iğtişaşlara son qoya biləcəyini bildirib ki, bu da təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün nə qədər gücdən istifadə etməli olduğuna dair rejim daxilində fikir ayrılıqlarını göstərir. Çaharmahal və Bəxtiyari şəhərlərində rejimə bağlı din xadimi eyni şəkildə bəyan edib ki, “böyük işlər” etmək cəsarəti çatmayan məmurlar hakimiyyətdən uzaqlaşdırılmalı və onların yerinə Ayətullah Əli Xameneinin vizyonunu həyata keçirməyə daha qadir olan başqaları gətirilməlidir. Ali rəhbərin yaxın adamı olduğu bildirilən sərt xətt redaktoru Hüseyn Şəriətmədari də etirazçılara qarşı daha çox güc tətbiq edilməsini müdafiə edib”.
Eyni zamanda qeyd olunub ki, İran Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) daxilindəki parçalanmalar, əsasən də Şuranın katibi Əli Şamxaninin istefası və ya rədd edilməsi rejim daxilində şuranın əhəmiyyətini nəzərə alsaq, xüsusilə əhəmiyyətlidir: “AMTŞ İran rejiminin ən yüksəksəviyyəli milli təhlükəsizlik və xarici siyasət qərarlarının qəbulu orqanıdır və Şamxani 2013-cü ildən ali rəhbərin şurada şəxsi nümayəndəsi kimi fəaliyyət göstərir. Şamxani ali rəhbərin etibarlı müşaviridir və Şamxaninin istefası ilə bağlı çağırışlar Ə.Xameneinin etirazların yatırılması ilə bağlı reaksiyasının dolayı tənqidi ola bilər. Şamxaninin tənqidləri və onun davam edən iğtişaşlara görə məsuliyyət daşıması alternativ olaraq Xameneinin yüksəksəviyyəli siyasi qərarların icrasında adətən olduğundan daha az fəal rol oynadığını göstərə bilər”.
Analitiklərin fikrincə, Şamxani çətin ki günah keçisidir: “O, görkəmli ictimai kimliyə malik deyil... O, rejimin etirazlara reaksiyasının formasını müəyyən edən AMTŞ müzakirələrinin gedişində əhəmiyyətli təsirə malik ola bilər, xüsusilə də ali rəhbər əlçatmazdırsa, yaxud əqli və ya fiziki olaraq öz öhdəliklərini yerinə yetirmək iqtidarında deyilsə. Maraqlıdır ki, Xamenei son vaxtlar ictimaiyyət qarşısına çıxmayıb, eyni zamanda aktual foto və videolar dərc etmədən tədbirlərdə iştirak edib. Ali rəhbərlikdə ehtimal edilən dəyişikliyin kölgəsi bütün etirazlar dövrünü əhatə edib və özünü Xameneinin ən yaxın və etibarlı məsləhətçilərindən və ruporlarından birinə meydan oxuma kimi göstərə bilər”.
İran mətbuatını analiz edən araşdırmaçılar Güney Azərbaycanın bir sıra yaşayış məntəqələrində kütləvi aksiyaların qeydə alındığını vurğulayıblar. Təhlilçilər Azərbaycan türklərinin kompakt yaşadığı Təbriz, Xoy və Ərdəbil şəhərlərində kütləvi etiraz aksiyalarının, eyni zamanda, güc strukturları ilə qarşıdurmanın olduğuna diqqət çəkiblər.
İnstitutun təhlilində Türkiyənin İraqın şimalı və Suriyadakı silahlı kürd qruplaşmalarına qarşı mümkün yeni hərbi əməliyyatlarının İranın siyasətinə təsirindən də bəhs edilib: “Türkiyənin İraq və Suriyadakı silahlı kürd qruplarına qarşı hərbi əməliyyatlar keçirməklə bağlı son təhdidləri İraqın şimalında kürdlərin kompakt yaşadığı bölgədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru kampaniyası ehtimalını artırır və bu ərazini şimaldan və şərqdən eyni vaxtda təhlükə ilə qarşı-qarşıya qoyur. Eyni zamanda Türkiyənin paralel hərbi əməliyyatı İrana qurudan soxulmağa başlamaq üçün əlavə siyasi örtük təmin edəcək və bundan əlavə, istilanın effektivliyini artıracaq. Lakin bildirilib ki, Türkiyənin Suriyanın şimalındakı silahlı kürd qruplarına qarşı hərbi kampaniyasının potensial bərpası SEPAH ilə Türkiyə ordusu arasında sıx əməkdaşlığa mane ola bilər. Türkiyə ritorikasında noyabrın 13-də terror hücumunun Suriyanın Hələb əyalətinin şimal-şərqindəki Mənbic bölgəsindəki iddia edilən terror hücrələri ilə əlaqəli olduğunu vurğulayır. İran tarixən Mənbicdən təqribən 75 kilometr aralıda yerləşən şiələrin çoxluq təşkil etdiyi Nubl və Zəhra şəhərlərinin müdafiəsinə prioritet hesab edib. “Hizbullah” yaraqlıları kəndlərin ətrafında əhəmiyyətli hərbi mövcudluğu qoruyub saxlayırlar. Mənbicə yönəlmiş potensial Türkiyə hərbi əməliyyatı, həmçinin Livan “Hizbullah” yaraqlılarının şiddətlə müqavimət göstərəcəyi şiələrin çoxluq təşkil etdiyi kəndlərin yaxınlığındakı hərbi fəaliyyəti də əhatə edə bilər. Suriyanın şimalında birbaşa hərbi qarşıdurma İran və Türkiyə arasında İraqın şimalında hərbi əməkdaşlığa mane ola bilər”/Report.
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqalı video rayon rəhbərinin məzuniyyətindən erkən dönməsinə səbəb oldu (VİDEO)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir