"LOTU QULİ"Nİ MƏN VURMADIM..." - Nadir Səlifovun qatili deyilən şəxs "o, mənim dostum olub" deyərək, elə ifadə verdi ki...
18-11-2022 [15:24]
Antalyada qətlə yetirilən kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərin məhkəməsi keçirilib.
Mia.az xəbər verir ki, “Nəzir Əzizoğlu”nun kimliyindən istifadə edən “Lotu Quli”ləqəbli Nadir Səlifov 20 Avqust 2020-ci ildə Serik rayonunda 5 ulduzlu hotelin restoranında yaxın adamlarından biri Xəqan Zeynalov tərəfindən başından tapança ilə vurularaq öldürülüb.
Məlumata görə, Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə maşını ilə oteldən qaçıb. Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifovu həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Antalya İl Təhlükəsizlik Müdirliyi qruplarının araşdırmasında, qısa zamanda Xaqan Zeynalov və Əmir Həmidli yaxalanıb. Antalya Polis Şöbəsinə gətirilən şübhəlilər "qəsdən adam öldürmə" ittihamı ilə həbs olunub.
Onların işi Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin "Lənkəranski" ləqəbli Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədilə törədildiyi müəyyən edilib.
Qətldə Azərbaycan vətəndaşları Xaqan Zeynalov və Əmir Həmidli və Əli Mövlamlı (29), Camal Həsənov (30), Cəfər Əlizadə (40), Xanımnisə Məmmədova (33), Namiq Canıyev (51), Rəsul Həsənov (30), Ümid Nəcəfov (33), Cəmil Keleş (46), Erkan Aşan (36) və vəkil Nürsen Arasoğlunun (53) əli olduğu müəyyən edildikdən sonra İstanbul və Ərzurumda əməliyyatlar aparılıb.
Əməliyyatlar zamanı Əli Mövlamlı, Resul Həsənov, Ümid Nəcəfov və Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlu saxlanılıb. Vəkil Nürsen Arasoğlu məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər həbs edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bakırköy Respublika Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittihamnamədə 2016-cı il avqustun 18-də Beşiktaşda öldürülən "Lənkəranski" ləqəbli azərbaycanlı Rövşən Canıyevin ölümündə “Lotu Quli”nin əli olduğu bildirilir. Hadisədən sonra Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərliyi ilə Camal Həsənov, Cəfər Əlizadənin və digər şəxslərdən ibarət təşkilat yaradılıb.
Bu məqsədlə Nadir Səlifova və qardaşına qarşı bir çox sui-qəsd cəhdlərinin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alındığı bildirilən ittiham aktında qeyd olunub ki, Cəfər Əlizadənin göstərişi əsasında Nadiri öldürmək üçün Xaqan Zeynalova tapşırıq verib. Və bu məqsədlə ona 4 milyon dollar veriləcəyi bildirilib.
"Nadir Səlifov yaxşı müdafiə olunduğuna görə, Xaqan Zeynalov onun yanına yerləşdirilib. Xaqan illər əzrində Nadir Səlifovun etimadını qazanıb. Nadir Səlifovun qətli ilə bağlı məsələdə də Əmir Həmidlinin mütəşəkkil cinayətkar təşkilatda hər iki təşkilatın rəhbərliyi altında fəaliyyət göstərdiyi, sözügedən qətldə sürücülük tapşırığını ona təşkilatın əməkdaşı Cəfər tərəfindən həvalə edildiyi bildirilib. Hadisədən 2 gün əvvəl Nadir Səlifovun hoteldə olması barədə Camal Həsənova məlumat verilməsi, Xanımnisə Məmmədova ilə sevgili kimi davranması diqqəti cəlb edib., İttiham aktında təşkilatın digər üzvlərinin də onlara tapşırılan vəzifələri yerinə yetirdiyi ətraflı izah edilib. Bakırköy Ağır Cəza Məhkəməsinə təqdim edilən iddianamədə, araşdırmadan sonra qətlin Antalyanın Serik rayonunda törədildiyi ifadə edilərək, iş Manavgat Ağır Cəza Məhkəməsinə göndərilib".
Qətllə bağlı ilk məhkəmə prosesi Manavgat 2-ci Ağır Cəza Məhkəməsində keçirilib. Manavgat Ədliyyəsində geniş təhlükəsizlik tədbirləri görülərkən, saxlanılaraq məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan müttəhimlər İzmir, Tekirdağ, Maltəpə və Ərzurum həbsxanalarından Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə məhkəməyə qatılıblar.
İclasda təqsirləndirilən şəxslərin bəzi vəkilləri zalda, bəziləri isə müttəhimlərlə birlikdə SEGBİS platformasında iştirak edib.
İddianamənin tanınması və oxunması zamanı İzmir F Tipi Həbsxanasından məhkəmə iclasına qatılan həbs edilən müttəhim Xaqan Zeynalov təhlükəsizlik səbəbi ilə özünün və ailəsinin ünvan və telefon məlumatlarını paylaşmayıb.
"Lotu Quli" ləqəbli Nadir Səlifovu öldürmədiyini iddia edən Xaqan Zeynalov "Nadir Səlifov mənim yaxın dostum olub. Məni Türkiyəyə özü dəvət etmişdi. Oteldə onun qonağı idim. Artıq İstanbula yola düşürdüm. Onunla aramda bəzi problem yaşandı. Bu, Nadirin Moskvada olan bir iş adamını oğurlamamı istəməsi idi. Razı olmadım. Ona görə mübahisə etdik.O məni yumruqladı. Otaqda onun 8 nəfər silahlı adamı var idi. Mübahisə edəndə mənə atəş açdılar, özümü qorumağa çalışdım. Silahımı çıxarıb soldan atəş açdım. Nadir sağda idi” .
Xaqan Zeynalov Əmir Həmidli ilə hadisədən əvvəl hoteldə tanış olduqlarını, avqustun 19-da birlikdə İstanbula getməyə razılaşdıqlarını və silahlı münaqişə səbəbindən hoteldən qaçaraq Əmirin maşınına mindiyini bildirib.
Xaqan Zeynalov "Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir mənim yaxın dostumdur. Nadiri güllələyən mən deyiləm. Polis məni hədələyir. Mənim yanımda vəklilim yox idi. Ona görə də ilkin ifadəni qəbul etməli oldum", - deyib.
Xaqan Zeynalov avtomobillə hotelin qarşısından qaçırdığı iddia edilən saxlanılan təqsirləndirilən şəxslərdən Əmir Həmidli də ona qarşı irəli sürülən ittihamları rədd edib.
Hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova ilə Türkiyəyə istirahətə gəldiklərini açıqlayan Əmir Həmidli deyib:
"Xanimnisə Məmmədova eskort qadındır. Onun Camal Həsənovla əvvəllər münasibətindən xəbərim yoxdur. Türkiyədə birlikdə istirahət etmək üçün 500 dollara razılaşdım. Əvvəlcə İstanbulda bir dostumuzun evində qaldıq. Sonra Antalyaya gəldik. Xaqan avqustun 19-da İstanbula gedəcəyimi bildirdi və bizə birlikdə getməyi təklif etdi.Qəbul etdim. Yeri gəlmişkən, Xanmnisə Məmmədova mənim bəzi davranışlarıma qarışdığından onunla mübahisə edib, pulunu verib göndərmişəm. Bu hadisə baş verən gecə mən Xaqanı götürməyə gəldim, Xaqan qaçaraq gəldi ki, "Nadirlə mübahisə etdik. Sür, məni öldürəcəklər” dedi. Antalyanın çıxışında yanacaqdoldurma məntəqəsində saxladıq, yaralı idi, kürəyindən qan axırdı. Xəstəxanaya gedək dedim, rədd etdi. Polis bizi Dənizlidə yaxaladı".
Prosesdə digər təqsirləndirilən şəxslər də ittihamları rədd ediblər. Təqsirləndirilən şəxslərin vəkillərinin müdafiəsindən sonra məhkəmə kollegiyası saxlanılan müttəhimlərdən biri Cəmil Keleşin azadlığa buraxılması, digərlərinin isə həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və iclası təxirə salıb/Modern.az.
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək