Qəbul imtahanlarının vaxtı nə vaxt elan olunacaq? - Açıqlama

img

18-11-2022 [12:45]


"Ali təhsil müəssisələrinə gələn il üçün qəbul imtahanlarının cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb dekabrın 15-nə qədər ictimaiyyətə təqdim ediləcək".

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır: "İmtahanlar kütləvi proses olduğu üçün yalnız bizdən asılı deyil".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA