Deputat: "Ərzaq və dərmanlar durmadan bahalaşır”

img

18-11-2022 [12:56]


“Azərbaycanda ərzaq mallarının və dərman vasitələrinin qiymətləri durmadan artır”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, bunun qarşısı alınmalıdır. Hökumət bu istiqamətdə fəaliyyətini davam etdirir: "Təklif edirəm ki, bu məhsulların idxalı üçün əlavə dəyər vergisi və gömrük rüsumu müvəqqəti dondurulsun. Ümidvaram ki, Azərbaycan və ümumilikdə dünya qısa müddətdə bu vəziyyətdən çıxacaq. Müvəqqəti addımlar atmaqla insanların həyat şəraitinə müsbət təsir göstərmiş olarıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA