Azərbaycan millisi Moldova yığmasına qalib gəldi

img

16-11-2022 [22:56]


Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Mia.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.

Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub. Yığma daha əvvəl UEFA Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR