Nəsimi rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib - FOTOLAR
16-11-2022 [18:34]
Nəsimi rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Mia.az xəbər verir ki, iclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev, Bakı Şəhər Mənzil - Komunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd etmişdir. Eyni zamanda, qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 2022-ci il tarixində keçirdiyi müşavirədə verilən tapşırıqları yığıncaq iştirakçılarının nəzərinə çatdırılaraq zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
Payız-qış mövsümü ilə əlaqədar rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən Qərargah tərəfindən əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulanmışdır.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı rayonlarda müşavirələrin keçirildiyi vurğulanmış, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunmuşdur.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə