Özbəkistan prezidenti qızına yüksək vəzifə verib - FOTO

img

14-11-2022 [17:44]


Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Prezident Administrasiyasının İcra Aparatının rabitə və informasiya siyasəti sektorunun müdiri təyin edilib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

Onun sözlərinə görə, Prezident Administrasiyasında yeni yaradılan sektor ictimai rəyin öyrənilməsi və informasiya siyasətinə məsul olan Administrasiya rəhbərinin müavini sisteminin strukturuna daxildir.

Bildirilib ki, S.Mirziyoyeva həmçinin sosial sahədə, mədəniyyət və təhsil sahələrində islahatların həyata keçirilməsinə nəzarət edəcək/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR