"Azərbaycan bizim canımızdır" - Türkiyədə general-mayor Polad Həşimov adına parkın açılışı və Anım Mərasimi keçirilib (FOTOLAR)
14-11-2022 [13:27]
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizin ikinci ildönümü ilə bağlı Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində general-mayor Polad Həşimov adına parkın açılışı və Anım Mərasimi keçirilib.
Mia.az xəbər verir ki, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (SBAM), İzmit Bələdiyyəsi və Kocaelidə fəaliyyət göstərən “Heydər Əliyev” Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid generalımız Polad Həşimov parkı və büstün açılışı baş tutub.
Əvvəl Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi yad edilib.
Anım mərasiminin rəsmi hissəsində general-mayor Polad Həşimov barədə iştirakçılara geniş məlumat verilib.
Tədbirdə çıxış edən “Heydər Əliyev” Mədəniyyət Evinin rəhbəri Bilal Dündar, İSBAM sədri Samir Adıgözəlli, Vətən müharibəsi qazisi İbrahim Cabbarov, ölkəmizin İstanbuldakı Baş konsulluğunun vitse-konsulu Murad Balacayev, İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan hürriyyət tarixi və milli dəyərlərimizin gələcək nəsllərə çatdırılması baxımından günün əhəmiyyətini vurğulayıblar.
Kocaeli Heydər Əliyev Mədəniyyət Evinin Başkanı Bilal Dündar çıxşında deyib ki, keçmişini bilməyən cəmiyyətlər gələcəyini də bilmir: "Azərbaycan bizim canımızdır, dostumuzdur. Dilimiz bir, dinimiz bir olan doğma qardaşımızdır. Qurtuluş Savaşını qazanmamızın ən böyük səbəbi Azərbaycandır. Ulu Öndər Mustafa Kamal Atatürkün tarixi sözü var: "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir.
Bəli, qardaş qardaşa borc verməz. Türkiyə Qurtuluş Savaşına girdiyi zaman Azərbaycanın başında Nəriman Nərimanov vardı. Nəriman Nərimanov Mustafa Kamal Atatürkün çağırışıyla Türkiyəyə yardım etdi. Qardaş yardımıyla biz Qurtuluş Savaşını qazandık. Mustafa Kamal Atatürk Nəriman Nərimanova məktub yazaraq ‘Borcumuzu ən qısa zamanda ödəyəcəyik" deyir. Nəriman Nərimanov da "Paşam, qardaş qardaşa borc verməz. Qardaş hər durumda qardaşının əlindən tutar", deyə cavab yazır..."
İSBAM sədri Samir Adıgözəlli mərasimdə etdiyi çıxışında Azərbaycanın tarix boyu öz azadlığı uğrunda mübarizə apardığını, 44 günlük Vətən müharibəsi və bu savaşın sonunda əldə edilən tarixi Zəfər haqqında danışıb.
Türkiyə-Azərbaycan birliyinə toxunan çıxışçılar iki qardaş ölkənin daima çiyin-çiyinə mübarizə apardığını qeyd ediblər.
Bildirilib ki, Türkiyə hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycanın yanında oldu. Qardaş ölkədə Azərbaycanın Milli qəhrəmanı Polad Həşimov adına növbəti parkın açılışı isə bu birliyin ən parlaq nümunələrindən biridir.
Mərasimdə çıxış edən general-mayor Polad Həşimovun bacısı Kamalə Həşimova parkın açılışında əməyi olan hər kəsə, eləcə də istər ölkəmiz, istərsə də Türkiyə dövlətinin qardaşına verdiyi yüksək qiymətə görə öz minnətdarlığını ifadə edib.
Sonra parkın və bu məkanda Polad Həşimovun xatirəsinə ucaldılan büstün açılışı olub.
Tədbirdə Türkiyənin siyasi partiyalarının, ictimaiyyətin, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Hərbi Attaşelik Aparatının nümayəndələri, millət vəkilləri, diaspor fəallari, Marmara Universiteti gözəl sənətlər bölümü rəhbəri Dr. Nurəddin Bektasi, fəlsəfə doktoru Şərqiyyə Məmmədova yerli sakinlər və digərləri iştirak ediblər.
Qeyd edək ki, park ümumilikdə 1680 kvadratmetr ərazidə salınan parkın 70 faizi yaşıllıq, digər 30 faizi isə istirahət və gəzinti sahəsidir. Parkın yaşıllıq bölümündə 2420 ədəd tibbi və aromatik bitki əkilib. Avtomatik sulama cihazları ilə təchiz edilən parkda yetişən bitkilər eyni zamanda ekoloji təhsilə və ictimaiyyətin bu istiqamətdə maarifləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Parkda ucaldılan Polad Həşimov büstü heykəltaraş Nusrettin Bektaş tərəfindən hazırlanıb.
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı