NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN PERSPEKTİVLƏRİ: ELMİ ARAŞDIRMALAR VƏ ETİBARLI TƏHSİL
13-11-2022 [13:29]
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
***
İqtisad üzrə fəlsəfə doktoruYeni iqtisadi və sosial dəyərlərin müstəvisində modern təhsil islahatlarından ibarət olan mərhələlər günümüzün olduqca mühüm reallıqlarına çevrilmişdir.
Təcrübəyə, istehsalata, gəlirliliyə hədəflənmiş olan araşdırmalar etibarlı elmi əsaslar tələb etməkdədir. Bütün elm sahələrinin müştərək və əlaqəli mövcudluğu zəminində faydalı nəticələrin və qənaətlərin ortaya qoyulması hər şeydən əvvəl keçid etmiş olduğumuz hazırkı elm və təhsil mərhələlərinin səmərəliliyinin ifadəsini təşkil etməkdədir. Bu mənada, davamlı inkişaf yollarında inamla addımlayan Naxçıvan Dövlət Universitetində elm və təhsil sahələrinin düzgün əlaqələndirilməsi, beləliklə də, məhsular nəticələrə etibar etmiş olan ixtisaslaşma mühitinin yaradılması təmin olunmuşdur.
Təbii olaraq, ölkələrin milli təhsilin inkişafı sahəsində həyata keçirdikləri tədbirlər öz məntiqi əsaslarını həm də unversitetlərdə elmi araşdırmaların davamlı təminatından da götürməkdədir. Bu baxımdan qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetində elmi araşdırmaların da sistemliliyinin təmin olunması uğurlu nəticələrə söykənən mahiyyət kəsb etməkdədir.
Qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin dayanıqlı təhsil imkanlarından bəhrələnmələri üçün həm də zəruri elmi araşdırmalara geniş yer verilməkdədir. Ali təhsil ocağının fakültələrində 2021-2025-ci illər üzrə beşillik Elmi Tədqiqat İşlərinin 2022-ci il üzrə ikinci mərhələsinin müzakirələrinin də uğurla yekunlaşması qeyd olunanların gerçək ifadəsi olmaqdadır. Hər bir fakültədə ixtisaslar, araşdırma sahələri, elmi istiqamətlər, elmi-nəzəri və təcrübi əlaqələndirmələr nəzərə alınmaqla, aparılan araşdırmalar, fakültələr üzrə konfranslar şəklində keçirilmiş, plenar və bölmə iclasları şəklində davam etmişdir. Gəlinən nəticələr, özünün iqtisadi, sosial, beynəxlalq, pedoqoji, tarixi, riyazi və digər sahələr üzrə aktuallığı ilə seçilməklə, ortaya qoyulmuşdur. Eyni zamanda, konfrans materiallarının çap olunması da qərara alınmışdır.
Bu, eyni zamanda, elmi araşdırmalarda:
- aktual mövzuların diqqətdə saxlanılmasını təmin etməklə;
- elmi - təcrübi yanaşma və əsaslandırmaların düzgün əlaqələndirilməsi ilə;
- hər iki sahənin ifadə olunduğu yaradıcı layihələrin irəli sürülməsi ilə daha da önəmlilik qazanmqdadır.
Hazırda Naxçıvan Dövlət Universitetində ölkənin elm və təhsil sahəsindəki davamlı islahatlarına uyğun olaraq, ardıcıl, sistemli və kompleks işlər uğurla həyata keçirilməkdədir. İstər, müəllimlər, istər tələbələr üzrə reallaşan araşdırmalar, eyni zamanda, tələbə və müəllimlərin qarşılıqlı fəaliyyəti ilə daha da önəm qazanmaqdadır. Tələbə Elmi Cəmiyyətinin xətti ilə Elmi Tədqiqat İşlərinin yerinə yetirilməsində tələbələrin fəal olması bunu daha da aydın şəkildə olmaqla, göstərməkdədir.
Yeni inkişaf mərhələsində təhsil perspektivlərini daha da şaxələndirmək, tələbələrin əhatəli dövlət qayğısı ilə təmin olunması, onların daha məhsuldar elmi nailiyyətlər sahəsində motivasiya olunması, dünya elminə inteqrasiya sahəsində daha operativ mexanizmlərin işləkliyinin artırılması və digər bu kimi tədbirlərin davamı olaraq, Naxçıvan Dövlət Universitetində uğurlu işlər görülməkdədir. Bu məqsədlə, artıq ali məktəbdə həmin sahələr üzrə daha yeni keyfiyyət mərhələsinə doğru addımlamaqdayıq. Həmin proseslər, 2 hektar sahədə tikintisi uğurla davam edən Texnologiyalar Parkının fəaliyyəti nəticəsində çox mütərəqqi yeniliklər gətirəcəkdir. Bu bir həqiqətdir ki, Texnologiyalar Parkı, istər iqtisadi, istərsə də, sosial mahiyyətinə görə əhəmiyyətini artıracaqdır.
Hər şeydən əvvəl, bütövlükdə, dünya iqtisadiyyatı, innovasiyaya etibar edən, texnologiyaya söykənmiş olan meyarlar üzərində qurulmuşdur. Bu da, imkan verməkdədir ki, məhz hər iki amil üzərində qərarlaşa biləcək iqtisadi fəaliyyət istiqamətlərinin yaradılması məqsədilə, məhsuldar biznes layihələri hazırlansın. Məhz həmin layihələr Texnologiyalar Parkının fəaliyyəti nəticəsində mümkün ola biləcək. Digər bir tərəfdən, yeni təsərrüfatçılıq imkanalarının və səmərəli fəaliyyət mühitinin yaradılması kimi proseslər də elə həmin tədbirlərin tərkib hissəsi olaraq, çıxış edəcəkdir. Nəzərə alsaq ki, burada, ölkənin uğurla davam edən sənayeləşmə siyasətinin hədəfləri də əlçatan olacaq, həmçinin, Sənaye Parkları və Məhəllələrinin düzgün əlaqələndirilməsi də həmin qurum vasitəsilə reallaşacaq, onda Texnologiyalar Parkının strateji əhəmiyyəti daha məhsuldar olacaq. Təbii olaraq, bütün bu iqtisadi perspektivlər vəd edən proseslərin dayağı isə sosial mahiyyət daşıyan ali təhsil sektoru, daha soğrusu, Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkı olacaq. Nəticə isə, heç şübhəsiz, bütövlükdə, ölkəmzin milli iqtisadiyyatı üçün uğur gətirəcək.
Texnologiyalar Parkının imkanlarından istifadə olunması üzrə təcrübə göstərir ki, bu, innovasiya məhsullarının hazırlanması, elmi araşdırmaların intensivliyinin təmin olunması və sənaye sahələrində tətbiq olunması ilə daha təkmil bir fəaliyyəti nəzərdə tutmaqdadır. Deməli, burada, yenilikçilik, elm və məşğulluq perspektivləri də özünə yer tapır. Bu mənada, qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetində Texnopark quruculuğu prosesləri bütövlükdə, ölkəmizin uzunmüddətli iqtisadi prioritetlərinin daha da əlçatan olmasında hərəkətverici təsirə malik olacaq.
Eyni zamanda, Texnologiyalar Parkı özündən sonrakı mərhələlər üzrə möhkəm dayaqlara malik olan keçid mərhələsini təşkil edəcəkdir. Belə ki, mövcud istehsal müəssisələrinin fəaliyyətinin təminatqabiliyyətliliyi və fasiləsizliyi üçün Texnologiyalar Parkının strukturu məhsuldar olacaq. Konsaltiq xidmətlərin göstərilməsi, iqtisadi və sosial yönümlü müəssisə və təşkilatların kadr ehtiyatlarının təşəkkülü də, Texnologiyalar Parkının fəaliyyəti ilə səmərəli olacaq. Universitetin bu potensialından istifadə edəcək istehsal müəssisələri yaradıcı, səmərəli və həm də alternativ mexanizmlər müstəvisində kadrların seçilməsində heç bir çətinlik çəkməyəcək. Həmçinin, bu, Naxçıvan Dövlət Universitetində ixtisaslaşan tələbələrin iş yeri tapmasında səmərəliliyi ilə seçiləcək ki, bu da, sxematik olaraq, ardıcıl və əlaqəli mobillik yaratmış olacaq.
Naxçıvan Dövlət Universitetinin bu pespektivləri ilə eyni zamanda, yeni inkişaf mərhələsi üçün strateji aktuallıq kəsb etmiş olan və bununla da, təbii olaraq, milli iqtisadiyyat üçün də cəlbedici olacaq, STEAM təsisatlarının yaradılması da diqqət çəkməkdədir. STEAM Texnoparkla birlikdə kadr hazırlığının modernləşən mənzərəsini ortaya qoya biləcək. Çünki, Naxçıvan Dövlət Universitetinin bütün fakültələrində həm STEAM, həm də Texnopark üçün zəruri potensial mövcuddur. Bu resursların gətirəcəyi perspektivlərin də nəzərə alınması ilə qarşıdakı tədris illərində Elmi Tədqiqat İşlərinin nəticələrinin daha məhsuldar olacağını deməyə əsaslarımız var. Qeyd etmək olar ki, universitetin uğurla dava edən beynəlxalq əməkdaşlıqları Texnopark fəaliyyəti üçün zəruri olan tədbirlərin görülməsində həlledici amil olacaq. Bu sahədə, istər qardaş Türkiyə Universitetləti ilə uğurla davam edən əməkdaşlıqlar, onların bu sahədəki təcrübələrindən səmərəli istifadə olunması, istərsə də, ikili diplom layihələri çərçivəsində daha mütərəqqi əsaslarla kadr hazırlıqlarının həyata keçirilməsini qeyd etmək yerinə düşər.
Ali Məktəbin bu istiqamətlər üzrə tədbirləri sistemlidir, davamlıdır və bir-biri ilə əlaqəlidir. Görülən hər bir iş tələbələr, onların ixtisaslaşması və peşəkar kadrlar olaraq formalaşmasından ibarətdir. Buna görə də, universitetdə reallaşan layihələr həmin proseslərin daha da səmərəli olmasına istiqamətlənmişdir. Onlardan biri kimi, ERASMUS layihəsi çərçivəsində ali təhsil ocağının Avropa İttifaqına üzv olan ölkə ali məktəbləri ilə yaratdığı beynəlxalq əməkdaşlıqlar əhəmiyyətilə seçilməkdədir. Məhz ERASMUS layihəsi üzrə Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti Avropa dövlətlərində fərqli-fərqli təlimlərdə təmsil olunmaq imkanları əldə edə bilmişlər.
Elə bu əlaqələrin səmərəli sahədə təşəkkülünün nəticəsidir ki, universitetdə ixtisaslaşan tələbələr daha mütərəqqi şəkildə formalaşmaq üçün güclü inkişaf yoluna malik olan ölkələrin təcrübələrindən yararlanmaq imkanları qazanırlar. Belə ki, Almaniya dövləti ilə olan münasibətlərdə tibb təhsilinin inkişafı və peşəkar təcrübənin əldə olunması kimi proseslərin əhəmiyyəti də diqqətə alınmışdır. Nəticədə isə, ali məktəbimizin müəllimlərinin TEMPUS, Erasmus+Nizami layihəsi əsasında Almaniya ali məktəblərində təlimlər keçməsi də təmin olunmuşdur.
Qeyd etmək olar ki, universitetdə geridə qalan tədris ilində (18-21 iyun tarixlərində) Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi, orada, dünyanın 7 ölkəsindən 350-dən çox elm adamının, tibb mütəxəssisinin iştirak etməsi, elmi araşdırmaların və reallaşan layihələrin səmərəliliyini daha da artırmqdadır. Həmin dövrdən sonra, Naxçıvan Dövlət Universiteti qabaqcıl ali məktəb olaraq, elm və təhsil sahələrindəki perspektivlərinə yeni nəfəs vermişdir. Təbii olaraq, bütün bunlar, universitetin müəyyən etdiyi hədəflərin reallaşması üçün olduqca mühüm zəmin yaratmışdır.
Bununla yanaşı, ERASMUS+NİZAMİ layihəsi çərçivəsində İsveç, MUMENA layihəsi çərçivəsində Niderland, AESOP layihəsi çərçivəsində Polşa, ERASMUS HUMERIA proqramı çərçivəsində Estoniya, TEMPUS layihəsi çərçivəsində Belçika, TEMPUS MUMENA, TEMPUS CURDEUS layihələri çərçivəsində İtaliya, Latviya, Litva kimi dövlətlərin ali məktəbləri ilə qurulmuş olan beynəlxalq əməkdaşlıqların olduqca mühüm əhəmiyyəti mövcuddur.
Beləliklə, Naxçıvan Dövlət Universiteti, elm və təhsil sahəsindəki perspektivlərini daha da artırmaqdadır. İstər, elmi araşdırmaların yeni keyfiyyət mərhələsi, istərsə də, tədris proseslərinin bu mərhələ ilə sintez təşkil etməsi həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaqdadır. Qarşıdakı dövrlərdə, bu əsaslar üzərində daha mühüm nəticələr əldə olunacaq.
Mia.az
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə