İcra başçısı qəzaya düşdü

img

13-11-2022 [00:14]


Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

Mia.az "Report"a istinadla xəbər verir ki, hadisə noyabrın 12-də axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan-Şərur avtomobil yolunda baş verib.

Şərur istiqamətində hərəkət edən "Mitsubişi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb.

Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb. Digər avtomobilin sürücüsü isə yüngül zədələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR