"Sülh sazişinin bir neçə variantı var" deyən Paşinyan: “Kim dedi ki, Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?” - "Qarabağ Azərbaycanındır"

img

11-11-2022 [22:56]


“Kim dedi ki, biz Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyasının efirində deyib.

Paşinyan qeyd edib ki, Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək: "Sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər. Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq ictimaiyyət bundan xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”.

Paşinyan ölkəsinin İctimai Televiziyasının efirində oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ümumilikdə müsbət təəssürat yaratdığını bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti ilə danışıq onu göstərib ki, bəzən mətbuat bəyanatlarında göründüyü kimi, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir. Bu o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib: “Aydındır ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması onsuz da pis deyil. Biz də istəyirik və mən Türkiyə Prezidenti ilə görüşdə Ermənistanın bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə qəbul etdiyi ilə bağlı bir sıra nüansları təqdim etməyə çalışdım”/Report

Mia.az-ın məlumatına görə, Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu da bəyan edib: "Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. 2007-ci ildə tanıdı. Bunu nə vaxta qədər təsdiqləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox? Bəlkə bütün problemlərimiz özümüzdən irəli gəlir. Bunu görmürəm”.

Jurnalistin rəsmi Bakının Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə istinad edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sualına Paşinyan belə cavab verib: “Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR