Tokayev: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu inkişaf etdirilməlidir"

img

11-11-2022 [11:06]


"Nəqliyyat və tranzit kommunikasiyalarının potensialının artırılması və onların imkanlarından maksimum istifadə edilməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir".

Mia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT sammitində çıxışı zamanı deyib.

O bildirib ki,  yüklərin rəsmiləşdirilməsi prosedurunu optimallaşdıracaq, nəqliyyat sənədlərinin operativ mübadiləsini təmin edəcək və beynəlxalq bazara çıxış üçün əlavə imkanlar yaradacaq “rəqəmsal nəqliyyat sistemi” formalaşdırılmalıdır: "Dövlətlərimiz Qərb ilə Şərqi, Şimal ilə Cənubu birləşdirir. Buna görə də hazırkı keçid dövründə nəqliyyat və tranzit kommunikasiyalarının, xüsusən də üç qardaş dövlətin - Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişaf etdirilməsi xüsusi önəm qazanır".


Digər xəbərlər
SON XƏBƏRLƏR