Rəsul Quliyevin "çətiri" altında olan partiya: "Prezident İlham Əliyevin yanındayıq"
07-11-2022 [11:45]
Gələcək Azərbaycan Partiyası Zəfər Günü ilə bağlı bəyanat verib.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"Xalqımız tariximizin ən şərəfli günlərindən birini - Zəfər gününün növbəti ildönümünü böyük qürurla qeyd edir.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il sentyabr ayının 27-dən etibarən Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad olunması üçün zəfər yürüşünə başladı.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Milli Ordumuzun rəşadəti və iqtidarlı-müxalifətli xalqımızın dəmir yumruq kimi birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız işğaldan azad edildi.
Noyabrın 8-də cəsur Xüsusi təyinatlarımızın, qəhrəman ordu birləşmələrimizin rəşadətli mübarizəsi, dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq unikal hərbi əməliyyatları nəticəsində Şuşa şəhəri işğaldan azad olundu. Şuşa şəhərinin azad olunmasından sonra Ermənistan məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı.
Bu əlamətdar qələbəyə öz həyatları bahasına töhvə vermiş şəhidlərimizin ruhunu minnətdarlıqla anır, qazilərimizə can sağlığı, bütün hərbçilərimizə güc-qüvvət arzulayırıq.
44 günlük Vətən müharibəsində qazandığımız qələbədə Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin liderlik, sərkərdəlik bacarığı və qabiliyyəti xüsusi qeyd olunmalıdır.
Eyni zamanda xalqımızın hər bir sadə, vətənpərvər övladının ordumuza dəstəyi, köməyi, siyasi partiyaların dürüst və sağlam, dövlətçi mövqeyi də xüsusi qiymətləndirilməlidir. Biz öz həmrəyliyimizlə, milli birliyimizlə həm də bir xalq olaraq düşmənə qalib gəldik.
Müharibədən sonra biz həm yaralarımızı sağaltmaqla, həm işğaldan azad olunmuş ərazilərimizdə geniş tikinti-quruculuq işləri aparmaqla, həm ordumuzu, müdafiə qabiliyyətimizi gücləndirməklə, həm də eyni zamanda diplomatik üsullarla sülhü təmin etməklə məşğul olmağa başladıq.
Hazırda Ermənistanla yekun sülh müqaviləsi imzalamaq, delimitasiya, demarkasiya proseslərini həyata keçirmək üçün danışıqlar gedir. Belə bir zamanda bir sıra ölkələrin ədalətsiz mövqeyi ilə üzləşirik. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və yekun sülh müqaviləsini imzalamaq istiqamətində qətiyyətli diplomatiya həyata keçirməsi eyni zamanda qardaş Türkiyə ilə hərtərəfli əlaqələr qurması və bu əlaqələri genişləndirməsi görünür bir çox dövlətləri, xüsusilə də Fransa kimi, İran kimi, Rusiya kimi bir sıra ölkələri narahat edir. Ermənilər ənənəvi olaraq götürdükləri öhdəlikləri öz himayədarlarına güvənərək yerinə yetirməkdən yayınmağa çalışırlar. Amma unudurlar ki, Azərbaycan xalqının dəmir iradəsi, ordumuzun gücü qarşısında heç bir beynəlxalq təziq duruş gətirmək iqtidarında deyildir. Biz Azərbaycan olaraq beynəlxalq hüququn və götürülmüş öhdəliklərin beynəlxalq hüquq normaları daxilində həllini tələb edən tərəfik!
Zaman bizim lehimizə, düşmənlərimizin və bədxahlarımızın isə əleyhinə işləyir. Azərbaycanla qardaş Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi proseslərin daha uğurla gedəcəyinin təminatçısıdır.
Görüləcək çok işlərimiz var. Naxçıvanla ana Vətəni birləşdirən Zəngəzur dəhlizini açmalı, hələ də düşmən tapdağında qalan Vətən torpaqlarını azad etməli, tarixi ədalətsizlikləri aradan qaldırmalıyıq.
Heç şübhəsiz ki, lazım gəlsə yenə düşmənə gücümüzü göstərməli olacağıq. Belə bir siyasi və hərbi zərurət yaranacağı halda Gələcək Azərbaycan Partiyası indidən bəyan edirik: BİZ ORDUMUZUN ALİ BAŞ KOMANDANI, PREZİDENT İLHAM ƏLİYEVİN YANINDAYIQ! Heç bir siyasi hədəf, heç bir siyasi niyyət və məqsəd bizim vətənimizin bütövlüyündən və milli dövlət maraqlarımızdan üstün deyildir! Bəyan edirik ki, belə bir tarixi şəraitdə əks mövqe nümayiş etdirən hər hansısa bir siyasi qüvvə olarsa heç şübhəsiz ki, o bizdən deyildir!
Gələcək Azərbaycan Partiyası olaraq, yuxarıda göstərilənləri nəzərə alaraq Zəfər Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, qələbələrin davamlı olmasını arzu edirik!
Zəfər Bayramınız mübarək!".
Qeyd edək ki, adıçəkilən partiya Rəsul Quliyevin "çətiri" altındadır.
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."