Yevlaxda dəhşətli qəza: toyu olacaq qız və daha iki nəfər ölüb (Yenilənib)

img

07-11-2022 [10:28]


Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.

Onların meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib/Report.

***

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupu Yevlax rayonu ərazisində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.

Qəza nəticədə Famil Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Xəyalə Hüseynova ilə Günay Hüseynova Nuranə Hüseynovanın bacılarıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR