Lənkəranda qəza: yaralananlar var

img

06-11-2022 [18:00]


Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

Hadisə rayonun Təngivan kəndində qeydə alınıb. Belə ki, Lənkəranın Şovu kənd sakini, 1975-ci il təvəllüdlü Cəfərov Ədalət Baba oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili, Lerik rayonunun Ambu kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Vaqif Mirzahid oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişin - Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR