Rusiya ordusunun canlı qüvvə və texnika itkilərinin sayı açıqlandı

img

05-11-2022 [11:47]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 75440 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2758 tankı, 5601 zirehli döyüş maşını, 1708 artilleriya sistemi, 399 reaktiv yaylım atəş sistemi, 202 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 260 helikopteri, 4184 nəqliyyat vasitəsi və avtoçən, 16 gəmi-kateri, 1776 PUA və 155 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR