Azərbaycanla Türkiyə arasında yeni anlaşmalar imzalandı
04-11-2022 [17:40]
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirilib.
Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Fuat Oktayın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.
İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığını bildirdi, dövlət başçılarımızın şəxsi dostluq və qardaşlığını, onların yüksək qarşılıqlı etibara, inama və hörmətə əsaslanan şəxsi münasibətlərini bunu şərtləndirən ən əsas amil kimi dəyərləndirdi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaş türk xalqına dərin təşəkkür ifadə olundu.
Qeyd edildi ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək, onları müttəfiqlik səviyyəsinə qaldırdı, iki ölkə arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.
Vurğulandı ki, son illər ərzində Azərbaycan-Türkiyə əlaqələri prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri nəticəsində ikitərəfli formatdan çıxaraq, artıq regional faktora çevrilib.
İki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurlu əməkdaşlığı təqdir edildi.
2022-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı ticarətin 34 % artaraq 4,35 milyard ABŞ dollarına çatdığı bildirildi, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı. Bu baxımdan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası və Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulandı.
Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan Fəaliyyət planlarının icrasının ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəyinə əminlik ifadə olundu.
Azərbaycan və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları xüsusi vurğulandı.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək cari ilin 9 ayında iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 60,2 % artdığı, o cümlədən tranzit yüklərin həcminin 96,3 % çox olduğu bildirildi.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsinin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıldı.
Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişlənəcəyinə əminlik ifadə olundu.
Birgə sənaye-investisiya layihələrinin əhəmiyyəti qeyd edilərək müxtəlif sahələrdə müştərək istehsal müəssisələrinin yaradılması üçün perspektivlərin mövcud olduğu diqqətə çatdırıldı.
Eyni zamanda yeni yaranmış reallıqlar fonunda nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar vəd etdiyi qeyd edildi, Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlığı daha da gücləndirəcəyinə, bölgə ölkələrinin iqtisadi tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Azərbaycan-Türkiyə birliyinin bu gün bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də özünü göstərdiyi diqqətə çatdırıldı. Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı tikinti işləri, mühüm infrastruktur layihələri türk şirkətlərinin iştirakı ilə həyata keçirilir.
Oktyabrın 20-də dövlət başçılarının birlikdə Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılış mərasimində iştirak etməsi, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”nin, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyması iki ölkə arasında qardaşlığın növbəti bariz ifadəsi kimi dəyərləndirildi.
Türkiyənin Vitse-prezidenti F.Oktay Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladı. Dövlət başçıları arasında mütəmadi görüşlərin bu əlaqələrin genişləndirilməsi işinə xüsusi töhfə verdiyi qeyd olundu.
Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən F.Oktay iki ölkənin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, nəqliyyat və enerji sahələrindəki təşəbbüslərinin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi.
İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticari, nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə daha da genişləndirilməsi perspektivləri geniş müzakirə olundu, gündəlikdə duran məsələlərə dair məruzələr dinlənildi.
Sonda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət planlarını imzalayıblar.
Hər iki ölkənin aidiyyəti qurumlarının rəhbərləri “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Türkiyə Respublikası Halal Akkreditasiya Agentliyi arasında Əməkdaşlıq Protokolu”nu, “Azərbaycan Respublikası Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyi və Türkiyə Respublikası Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı arasında Mikro, Kiçik və Orta Müəssisələrin Maliyyə resurslarına çıxışının genişləndirilməsinə dair Niyyət Protokolu”nu və “Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Türkiyə İxracatçılar Məclisi arasında ikitərəfli əməkdaşlıq Anlaşması”nı imzalayıblar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Polis körpüdən özünü atmaq istəyən şəxsi xilas etdi - FOTO
Qəzzada daha üç jurnalist həlak olub
TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq...
"Qarabağ"ın futbolçusu: ""Benfika"nı yaxşı təhlil etmişik"
Emin Əmrullayev: "Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək"
Ceyhun Bayramov Qətərdə sammitdə çıxış edib
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTOLAR
ƏRDOĞAN QƏTƏRDƏN İSRAİLƏ GÖZDAĞI VERDİ: "Sizi durdurmağa gücümüz var" - Türkiyə lideri müsəlman ölkələrə təklif verdi (VİDEO)
Nəsimi rayonunun orta məktəblərində “15 sentyabr - Bilik günü" qeyd olundu - FOTOLAR
Daha bir ölkə Rusiyaya nota verdi
Tramp FED rəhbərinə ləqəb qoşub
Bilik günü: 288 nömrəli məktəbdə "birinci"lərin duyğuları - VİDEO
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarını bir arada - VİDEO
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - DTX, DİN və ANAMA birgə məlumat yaydı
Prezident İlham Əliyev Türkiyə Baş Qərargah rəisini qəbul edib - Nələr müzakirə olunub?
PAYIZ “ULDUZ”U GÖRÜŞÜNÜZƏ GƏLDİ
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
Baş nazir İsraili beynəlxalq yarışlardan kənarlaşdırmağa çağırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İcra başçısının sabiq müavininə ağır ittiham var
"Vüsal 300" kimi tanınan iş adamı həbs olundu - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və... (Yenilənib)
Əməkdar müəllimin I sinifə qədəm basan nəvəsi: "Elə ilk dərs günü o, bizi bir ana, bir müəllim..." - FOTOLAR
İlham Əliyev Qarabağdan mesajlar verir - TƏHLİL
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır: dənizə mənzərə + FOTOLAR
Əli Əsədov sərəncam imzalayıb
Prezident Qarabağda 4 kəndin sakinləri ilə görüşdü: "Qarabağ bölgəsinin sakinləri ən gözəl şəraitə layiqdir" + FOTOLAR (YENİLƏNİB)
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
APARAT RƏHBƏRİ VƏZİFƏDƏN GETDİ: Nazir oktyabrda yola salınacaq? - GİN-də nə baş verir?
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
Qəzzada 25 fələstinli həlak olub
İordan çayının qərb sahilində əməliyyat: 11 tələbə həbs edildi
Emin Cəfərov UEFA-dan təyinat alıb
Bakıda ermənilərin məhkəməsi: Kərkicahan sakinlərinin öldürülməsi ilə bağlı sənədlər elan olunub
Şimali Koreya: "Bizim nüvə dövlət statusumuz geridönməzdir"
Türkiyənin 17 şəhərində FETÖ əməliyyatı: saxlanılanlar var
CHP-nin qurultaylarının ləğvi tələbi - Məhkəmə təxirə salınıb
Sabah hava necə olacaq? - Proqnoz
CHP funksioneri həbs olunub - AKP-yə keçən bələdiyyə üzvünə görə
"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən..."