Zəfər Forumunun Bakıda bağlanış mərasimi keçirilib
04-11-2022 [16:24]
8 Noyabr - Zəfər Günü münasibətilə oktyabrın 7-dən etibarən başlayan və Azərbaycanın bütün rayonlarını əhatə edən Zəfər Forumunun Bakıda bağlanış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, toplantının bağlanışında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən bəhs edib.
V.Quliyev rəşadətli ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində Qələbənin təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycanda Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının əhəmiyyəti barədə danışıb.
Daha sonra çıxış edən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. A.Əliyeva qeyd edib ki, Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanılıb.
Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxışlarında Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bildiriblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.
Əməkdar artist, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnıları alqışlarla qarşılanıb.
Nümayəndə heyətlərinə Müdafiə Nazirliyi adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib. O cümlədən, Zəfər forumun çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzin təşkilatçılığı ilə "Əsgərə məktub" layihəsi keçirilib.
İspaniya XİN başçısı: "NATO lazım gələrsə Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xabi Alonso istefaya göndərilib
Mübariz Mənsimovu kim "vurdurur" və ya Türkiyədəki saxta xəbər Azərbaycan "bazarı"na necə girib?
Əli Kərimlinin müavini istintaqa çağırıldı - Ramiz Mehdiyevlə bağlı
"Beşiktaş" Emmanuel Aqbadunu transfer edir
Denis Draquş "Qaziantep"ə transfer olunub
"Azercell Telecom" yeni rouminq paketlərini istifadəyə verir
"Trabzonspor" Serdar Saatçını icarəyə verib
"Qalatasaray" Can Armando Günerin transferində "dalan"a dirənib
"Beşiktaş" Qabriel Paulista ilə yolların ayırıb
Solovyova görə Ermənistan Rusiyaya nota verib
Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı: universitet və proqramların siyahısı təsdiqləndi
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Şəkidə 66 yaşlı kişi öldürülüb
Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilə bilər
Bu gün geomaqnit qasırğası gözlənilir
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
PREZİDENT MÜŞAVİRƏ ÇAĞIRDI - Müzakirə + FOTOLAR (Yenilənib)
Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib
İranlı narkotacirin Bakıdakı kuryerləri saxlanılıb
"Bonte" restoranında tavan çöküb
"Süni intellekt, “ChatGPT” və digər amillər sadəcə olaraq bir vasitədir" - Misir Mərdanov "Heç bir şey kitabı, danışığı əvəz edə bilməz" deyir
Ehtiyatdan çağırılan zabitlərlə bağlı dəyişiklik - Prezident yeni qanunu təsdiqlədi
"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub
RƏSMİ TEHRANDAN MÜHARİBƏ ANONSU: "Savaşa da hazırıq"
Ötən il 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub - Statistika
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - VİDEO
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO
Bakıya sulu qar yağacaq - Sabahın hava proqnozu
İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
Əhməd İsmayılov: "Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü..." - MÜSAHİBƏ
Xəzərin üzərindən Bakının mərkəzinə körpü salınır? - Rəsmi açıqlama
Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib
Azərbaycan qazının büdcə qiyməti 440 dollardan götürülüb