Zelenski: "Əgər Brüssel narahatdırsa, orada bu partiyalara yer tapsınlar"

img

04-11-2022 [13:20]


"Əgər Brüssel Ukraynadakı ruspərəst partiyaların qanunsuz elan edilməsindən narahatdırsa onlar üçün Brüsseldə yer eləsin".

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "El Pais"ə müsahibəsində müharibə dövründə Ukrayna tərəfindən qanunsuz elan edilmiş və Rusiyanın agentləri olmaqda ittiham olunan rusiyapərəst partiyalar barədə suala cavablandırarkən deyib.

Jurnalist bildirib ki, bu məsələ Avropanın solçu partiyaları arasında şübhələr yaradıb: “Ukraynada hansı partiyaların fəaliyyətinə qadağa qoyulub? Rus partiyaları, demək istəyirsiniz? Əgər Brüssel narahatdırsa, qoy Brüsseldə bu partiyalara yer tapsınlar. Mən onların Avropa dəyərlərini nümayiş etdirərkən Brüsseldə bu partiyalarla necə bir yerdə yaşadıqlarını görmək istərdim”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR