UEFA klub reytinqlərini elan edib - "Qarabağ" neçənci yerdədir?

img

04-11-2022 [17:47]


"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.

Məlumata görə, "köhlən atlar" avrokubokların qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.

Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə edib. Məhz bu nəticə "Qarabağ"ın reytinqdə irəliləməsinə səbəb olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ı ilə 61 - 63-cü yerləri bölüşür.

Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA