Fövqəladə vəziyyəti təmin edən qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi üçün qərargah yaradılacaq

img

03-11-2022 [13:25]


Fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsi üçün komendantlığın tərkibində Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyət rejimini təmin edən orqanların nümayəndələrindən ibarət birləşmiş əməliyyat qərargahı yaradılacaq.

Mia.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb.

Qaydada qeyd edilib ki, komendantlığa və birləşmiş əməliyyat qərargahına Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən komendant rəhbərlik edir. Komendant ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.


Digər xəbərlər
SON XƏBƏRLƏR