Erməni diplomat: "Əliyev Qarabağ problemini həll etdiyini təsdiqləməyi bacardı və..."
03-11-2022 [12:22]
“Soçi görüşündən öncə İrəvan mövqeyini gücləndirib əlavə dəstək almaq üçün KTMT-nin sammitini keçirsə də, nəticə etibarı ilə yumşaq desək, çox uğursuz oldu. Soçi görüşünə gəldikdə isə deyə bilərəm ki, orada razılıqlar əldə edilib. Burada söhbət əldə edilən razılaşmanı cəmiyyətə necə çatdırılmasından gedir”.
Mia.az Ölkə.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Hindistan və Almaniyadakı keçmiş səfiri Armen Martirosyan deyib.
Erməni diplomat bildirib ki, Ermənistanın sülh danışıqları ilə bağlı proseslərə təsir rıçaqları yoxdur: “Əgər təsir rıçağınız yoxdursa, deməli, sizin siyasətdə iştirak etmək, onu inkişaf etdirmək, həyata keçirmək bir yana, heç imkanınız da yoxdur. Yəni hər şey Əliyevdən və Rusiyanın buna nə qədər hazır olmasından asılıdır. Biz burada ən yaxşı halda ərizəçi rolundayıq və bu göz qabağındadır. Ona görə də gözləmək çətindir ki, Soçidə hansısa ciddi, əsaslı bəyanat olmalı idi”.
Soçidə ilkin bəyanatın mətninin dəyişdirilməsi ilə bağlı səslənən fikirləri şərh edən erməni diplomatın sözlərinə görə, 25 illik diplomatik təcrübəmdən deyə bilərəm ki, tərəflər öz ideyalarını təqdim edirlər və kimsə onu redaktə etməyi öz üzərinə götürür: “Məncə, bunu Rusiya Xarici İşlər Nazirliyi edib. Bu, çoxtərəfli diplomatiyanın normal prosesidir. Bəyanatın hər kəs üçün məqbul olması üçün onun minimal spesifikliyi olmalıdır. Bu, yeni bir şey deyil, məni təəccübləndirmir, amma bizi narahat edən başqa məqamlar var. Daha çox gözləntilərimiz ola bilərdi... və bu olmadı”.
O əlavə edib ki, görüşdə Ermənistan güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri müstəsna olaraq suverenliyin qarşılıqlı tanınması əsasında müzakirə edib həll etməyə razılaşdı: “Sənəddə ən mühüm prinsip yarana biləcək bütün mübahisəli məsələlər tərəflərin ərazi bütövlüyü və suverenliyinin tanınması prinsipi əsasında həll olunmasıdır. Bu sənədin ən mühüm tezisi budur, digər maraqlısı isə odur ki, ümumiyyətlə, Qarabağdan söhbət gedə bilməz. Yəni Əliyev Qarabağ problemini həll etdiyini təsdiqləməyi bacardı və bu gün belə problemin olmadığını bəyan etdi. Hətta “münaqişə” sözü də mətndə yoxdur”.
Tərəflərin hansı məsələdə razılaşma əldə etməsinə gəldikdə erməni diplomat deyib ki, nəyin razılaşdırıldığı barədə məlumatı yoxdur: “Bunu cəmi 3 nəfər bilir. Başqa mənbələrdən aldığım məlumatları nəzərə alsaq, məndə belə bir təəssürat yaranır ki, razılaşmalar əldə olunub. İndi növbə siyasi texnokratlardadır, bunu cəmiyyətə necə çatdırmasıdır”.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi