Rusiya ordusunun canlı qüvvə və texnika itkilərinin sayı açıqlandı

img

03-11-2022 [11:28]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 74 min hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2734 tankı, 5552 zirehli döyüş maşını, 1755 artilleriya sistemi, 390 reaktiv yaylım atəş sistemi, 198 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 258 helikopteri, 4162 nəqliyyat vasitəsi və avtoçən, 16 gəmi-kateri, 1442 PUA və 155 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR