Qırğızıstan Türkiyədən yeni PUA alıb

img

02-11-2022 [18:08]


Qırğız Respublikası Türkiyə istehsalı olan “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) alıb.

Bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat verib.

“İndi “Aksunqur” da bizimdir!”, - o bildirib/Report.

Xatırladaq ki, “Aksunqur” pilotsuz uçuş aparatını Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti istehsal edir. “Aksunqur” vizual və radio-kəşfiyyat, dəniz patrulları və zərbələrin endirilməsi üçün nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR