Nazirin birinci müavini və xalası oğlunun həbsi ətrafında maraqlı məlumatlar yayılır
02-11-2022 [10:57]
DTX-nın ötən gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat ölkədə böyük ajiotaj doğurdu. Xüsusi xidmət orqanının ilk dəfə eyni gündə 3 yüksək rütbəli dövlət məmurunu saxlaması müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub.
Dövlət Təhlükəsizlik Xidməti noyabrın 1-də Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirərək nazirin birinci müavini Elnur Əliyevi, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovu və Protokol Şöbəsinin rəisi Kamil Rzayevi saxlayıb.
Mətbuatda yayılan məlumatlara görə, DTX əməliyyat keçirərkən Mədəniyyət Naziri Anar Kərimov işdə olmayıb. Ümumiyyətlə, nazirin ötən iş günündə bir dəfə belə iş yerinə baş çəkmədiyi bildirilir. Mədəniyyət Nazirliyindəki mənbələrdən aldığımız məlumata görə, Anar Kərimovun DTX-nın əməliyyat keçirəcəyindən əvvəlcədən xəbəri olub. Adətən, bu cür əməliyyatlarla bağlı qurumun başında dayanan birinci şəxs məlumatlandırılır. Bunda məqsəd onun əl-ayağa düşməməsi, “yuxarılara” telefon açıb əlavə gərginlik yaratmasının qarşısını almaqdır.
Mənbənin sözlərinə görə, Elnur Əliyevin “vurulması” birbaşa Anar Kərimovun marağında olub. Birinci müavinin özünü nazir kimi aparması, tez-tez subordinasiya qaydalarını pozması Kərimovu əməlli-başlı narahat edirmiş.
Nazirlik əməkdaşı deyib ki, son vaxtlar bu qurumun rəhbər şəxslərinin iştirakı ilə təşkil olunan bütün xarici səfərlərdə nümayəndə heyətinə E. Əliyev başçılıq edirdi. Hətta Mədəniyyət Nazirliyinə təşrif buyuran xarici diplomatlar da onun tərəfindən qəbul edilirmiş.
Mədəniyyət Nazirliyinin bütün strukturlarında, o cümlədən, Regional Mədəniyyət İdarələrinin rəisləri ilə bağlı təyinatlar da E. Əliyevin təqdimatı ilə həyata keçirilirmiş. Birinci müavin nazirlikdə vəzifə tutduğu qısa müddət ərzində bir neçə yaxın qohumunu müxtəlif postlara təyin etdirməyə müvəffəq olub. Onlardan biri də ötən gün DTX tərəfindən saxlanılan Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovdur.
İ. Nəsibov E. Əliyevin doğma xalası oğludur.
Mənbə deyib ki, birinci müavin özünü nazir kimi apardığı üçün Anar Kərimov onu həbsini əngəlləmək üçün cüzi səy belə göstərməyib/Azinforum.az.
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı