Çempionlar Liqası: "Atletiko" yarışa vida elədi, "Brügge" pley-offa çıxdı - VİDEO

img

01-11-2022 [23:51]


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində  Portuqaliyada İspaniyanın "Atletiko" (Madrid) komandasına 2:1 hesabı ilə qalib gələn "Portu" 1/8 finala qrup lideri kimi adlayıb.

Ma.az xəbər verir ki, Madrid klubu isə sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb.

Almaniyada "Bayer"lə qolsuz heç-heçə edən Belçika "Brügge"si pley-offa ikinci yerin sahibi kimi yüksəlib.

Qrup 3-cüsü olan Leverkuzen təmsilçisi isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

1 noyabr

B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 - İvan Markano, 90+5 (avtoqol)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika) - 0:0

Xal durumu: "Portu" - 12, "Brügge" - 11. "Bayer" - 5. "Atletiko" - 5.

Qeyd edək ki, "Portu" və "Brügge" ilə yanaşı, İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti" və "Çelsi", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ və Portuqaliyanın "Benfika" komandaları pley-offa vəsiqə qazanıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR