Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimində - VİDEO

img

31-10-2022 [11:50]


2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib.

Tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənilib.

Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini daha da təkmilləşdirməkdir.

Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA