Əliyar Ağayev UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb

img

31-10-2022 [11:18]


Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Mia.az Report-a istinadla xəbər verir ki, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Qeyd edək ki, noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR