Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-10-2022 [00:04]
Qoç - əlverişli zamandır. Qeyri-adi layihəyə, mürəkkəb sifarişin icrasına başlamaq olar. Təxəyülünüzü işə salın. Nəzakətli, qayğıkeş olun. Mübahisə edənləri ayırın, bir-birlərinə dəyər verən adamlar arasında kompromisin əldə olunmasına yardım edin. Həmin adamlar nədənsə bu gün dil tapa bilmirlər.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri aradan qaldırın. Saatlar keçdikcə situasiya normallaşacaq.
Axşam saatlarında uğursuz alış-veriş, mənasız xərclər ola bilər. Maliyyə imkanlarınızı dəqiq qiymətləndirməsəniz, pərişan qalacaqsınız.
Buğa - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə fikir verin.
Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - günün ilk yarısında çətinliklər olacaq. Əzmli davransanız, onların öhdəsindən gələ bilərsiniz. Hiyləgər taktika və effektiv strategiya hazırlayaraq irəliləyin. Adi günlərlə müqayisədə dostlar və tanşılar məsləhət, yardım üçün daha çox müraciət edirlər. Təcrübəniz onları səhvlərdən xilas edə bilər.
Günün ikinci yarısı yaxşı tanıdığınız insanlarla ünsiyyətlə bahəm, yeni münasibətlər üçün əlverişlidir. Çoxdan bəri sizi narahat edən problemləri yaxşı bələd olmadığınız insanlarla müzakirə etməyin. Belə müzakirələrdə həll variantı tapılmayacaq, amma əvəzində əhvalınız korlanacaq.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - təşəbbüskarlığın nümayişi, yeni və mürəkkəb işlərə başlamaq üçün əlverişli zamandır. Qüvvələrinizi yanlış dəyərləndirməyin. İmkanınız xaricində olan işə başlamayın. Sizə kömək edə biləcək insana yardım üçün müraciət etməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanların sizə rəğbəti artacaq. Yeni romantik hisslər istisna deyil.
Günün ikinci yarısı ailə və məişət qayğılarının həlli üçün yaxşıdır. Yaşam arealınızı qaydaya salın, təmizkar və intizamlı olun. Axşam saatlarında qonaqlar gələ bilər. Əks cins mənsubu ilə ünsiyyətdə diqqətli olun.
Şir - bəzi işlər nəzərdə tutduğunuz kimi getmirsə, narahat olmayın. Yaranan problemlər müvəqqətidir və çətinliklə də olsa, həll edilə bilər. Köç və ya təmirə hazırlaşırsınızsa, anlaşılmazlıqlara, kiçik çətinliklərə hazır olun.Xərclər artacaq.
Günün ikinci yarısında sevdiyiniz insanla fikir ayrılıqları yaranacaq. Ən cüzi, xırda məsələ mübahisəni alovlandıra bilər. Rəğbət bəslədiyiniz insanların zəifliklərinə normal yanaşın. Başqalarının səhvləri zarafat mövzusu deyil.
Qız - günün ilk yarısı mürəkkəb olacaq. Emosional fon əlverişli deyil. Yanınızdakı insanlarla çətinliklə də olsa, dil tapın. Ünsiyyəti bir qədər məhdudlaşdırın. İmkan varsa, sürəkli olaraq sizi tənqid edən, səhvlərinizi xatırladan insanlarla təmaslardan imtina edin.
Günün ikinci yarısı xoş sürprizlər vəd edir. Müsbət təmayüllərin təsirindən faydalanın. Təxəyyülü işə salın. Yazılmamış qanunlar, ənənələr çərçivəsindən çıxın. Stereotipləri dağıdın.
Tərəzi - intuisiyanızı dinləsəniz, ağır fəsadlı səhvlərə yol vermək riskindən qurtula bilərsiniz. Kompleksləriniz və nöqsanlarınızı araşdırın. Qarşınıza yeni məqsədlər qoyun. Enerji səviyyəniz artır.
Çoxdan bəri yolunuzda qalmış sədlərlə maneələri dəf edə bilərisiniz.
Günün ikinci yarısında metamorfozlarınız yaxın ətrafınızdakı insanları qıcıqlandıra bilər. Sizə dəyər verən insanlardan dəstək alacaqsınız.
Yeni, mühüm işlərə başlamaq, uzunmüddətli planlar qurmaq olar.
Əqrəb - kimsəyə imkan verməyin ki, sizi aldatsın. İntuisiyanız kəskin olsun. Köhnə və yeni tanışların niyyətlərini təhlil edin. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə izləyin. İndiyədək səmimiyyət və dostluq pərdəsi altında sizə qarşı mənhus planlar hazırlayan şəxslə mübarizəyə başlayın.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması üçün əlverişlidir. Faydalı təcrübədən yararlanın. Ən çətin işin öhdəsindən gələ bilərsiniz. Bir şərtlə ki, bildiyinizi edəsiniz və kənar təsirlərə uymayasınız.
Oxatan - asan qələbələrə bel bağlamayın. Rəqibləri üstələyərək bədxahların məkrli tələsinə düşməyin. Situasiya o qədər də asan deyil. Baş verənləri anlamaq üçün səbrli olun. Dedutiv bacarığınızı işə salın.
Günün ikinci yarısı maliyyə, peşəkar fəaliyyət və əmlakla bağlı məsələləri həll etmək üçün sərfəlidir. Çərçivələrlə məhdudlaşmayın. İntellektual potensialınız yüksəkdir. Axşam saatlarına qədər məhsuldar işləyin.
Oğlaq - təmkinli və soyuqqanlı olun. Səbrli davransanız, problemləri həll edə bilərsiniz. Planlarınızın alt-üst olmasını seyr etmək asan deyil. Dəyər verdiyiniz insanlar səhvləri sıralayırlar.
Emosional olsanız, düşünülməmiş addımlar ata bilərsiniz. Bunun isə nəticələri heç yaxşı olmayacaq.
Günün ikinci yarısında yaşlı qohumlarla fikir ayrılıqları olacaq. Ailədə sülhü qorumaq asan deyil. Təxribatlara uymayın, vədlərə inanmayın. Prinsiplərinizə sadiq qalın. Yalnız belə olarsa, situasiyanı nəzarətdə saxlaya biləcəksiniz.
Dolça - parlaq, yaddaqalan, qeyri-adi qərarlar və əməllər zamanıdır. İndiyədək sizin bacarıqlı adam olduğunuzu etiraf etmək istəməyənlər pərişan qalacaqlar. Planlaşdırılmamış görüş, xoş sürpriz, qeyri-adi tapıntılar ola bilər.
Həyatdan həzz alın, taleyin hədiyyələrinə sevinin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı müsbət fikir formalaşdırın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar - narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Günün ilk yarısında peyda olacaq səbəbsiz təlaşın öhdəsindən gəlin. Gərilmiş əsəblərə fikir verməyin. Belədə tezliklə sakitləşə bilərsiniz.
Alış-veriş üçün yaxşı zamandır. Aldığınız əşyaların orijinal olmasına can atın.
Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. İlk dəfə gördüyünüz insanların hamısı ilə sonradan təmasları qorumağa dəyməz. Mənasız əlaqələr və dəyərsiz insanlardan qurtulun.
Milli.Az
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN