“Azərbaycan və Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilər”

img

26-10-2022 [14:34]


“Azərbaycan və Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilər”.

Mia.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

O bildirib ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyirlər: "Amma ortada sənəd yoxdur. Yalnız yüzlərlə təklif və fikir var”.

Xatırladaq ki, oktyabrın 31-də Prezident İlham Əliyevin Soçidə Putin və Paşinyanla birgə görüşü gözlənilir.

Güman edilir ki, həmin görüşdə sülh müqaviləsinin detalları ilə bağlı mühüm irəliləyiş olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA