İSBAM Türkiyədə "Şuşa İli”nə həsr olunan silsilə tədbirlər keçirir - Bursada azərbaycanlı rəssamın fərdi rəsm sərgisi təşkil olunub (FOTOLAR)
25-10-2022 [12:08]
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin 9İSBAM) təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində azərbaycanlı rəssam Əli Təhminənin fərdi rəsm sərgisi açılıb.
Mia.az xəbər verir ki, sərgi “Şuşa İli”nə həsr olunub.
Oktyabrın 24-də sərginin rəsmi açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Türkiyənin İnternet Jurnalistləri Federasiyasının rəhbəri Mesut Demir, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, AK Partinin Bursadan millət vəkili Osman Mesten tədbirin Türkiyə-Azərbaycan qardaşlığı üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
İSBAM sədri Samir Adıgözəlli tədbirdə çıxışında, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında olan tarixi torpaqlarını azad edilməsini qeyd edib. O, daha sonra bildirib: "Bu tarixi Qələbəyə gedən yolda Türkiyə böyük siyasi və mənəvi dəstəyi ilə daim qardaş Azərbaycanın yanında oldu. Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasındakı tarixi əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu da iki qardaş ölkə arasındakı ayrılmaz bağların ən böyük nümunələrindən biridir."
Çıxışçılar işğaldan azad edilən ərazilərdə Azərbaycan dövlətinin apardığı bərpa-yenidənqurma işlərini xüsusi vurğulayıblar.
Tədbir çərçivəsində İSBAM sədri S. Adıgözəlli tərəfindən İGF sədri Mesut Demirə “Zəfər Media” medalı, Alinur Aktaş və Bursa valisi Yakup Canbolata isə Türkiyə-Azərbaycan qardaşlığına verdiyi töhfələrə görə xüsusi plaketlər təqdim edilib.
Sonra rəssamın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həkk olunduqları “Azərbaycan-Türkiyə-dostluq” əsəri Türkiyə Prezidentinə təqdim edilmək məqsədilə ölkənin dövlət rəsmilərinə təhvil verilib.
Tədbirlər QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Üç gün davam edəcək sərgidə rəssamın ümumilikdə 35 əsəri nümayiş etdirilir.
İSBAM nümayəndə heyətinin Bursada görüşləri davam edir.
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı