Ermənilər Kəlbəcər və Tovuzdakı mövqelərimizi yenə atəşə tutub

img

25-10-2022 [10:26]


Ordumuzun mövqeləri atəşə tutulub.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA