Yazıçılar Birliyinin qurultayı: Anarın iki rəqibi var
24-10-2022 [17:55]
Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrlik postuna yeni namizədlər bəlli olub.
Mia.az xəbər verir ki, bu barədə APA-ya şair Emil Rasimoğlu və Fuad Cəfərli məlumat verib.
Emil Rasimoğlu qurumunun və konkret indiki sədrin vəzifələrini doğru icra etmədiyini bildirib: “Bu gün Azərbaycan Yazıçılar Birliyindəki sistem AYB rəhbərliyinin maraqları naminə idarə olunur, daxili nizamnamə qaydaları isə kənarda qalıb. Təsəvvür edirsinizmi? Bir insanın alternativsiz şəkildə seçkiyə getməsinə yol açalar, onun əvəzolunmazlığını təbliğ edələr və sonda da deyələr ki, yekdilliklə səs topladı. Hansı ki öncəki qurultaylarda bu hallar olub. Mən bu detalı xatırlatmaqla onu demək istəyirəm ki, baxın, Anar bu illər ərzində sadəcə özünü bu şəkildə ilahiləşdirdi. Yəni bu illər ərzində bir istedadlı, idarəçilik bacarığı, potensialı olan şəxs olmadımı Anar 35 il bir kürsüdə əyləşdi? Həm də nöqsanlara yol verə-verə əyləşdi”.
Emil Rasimoğlu AYB-nin bölgələrdəki fəaliyyətindən və AYB-nin gənc imzalarla bağlı siyasətindən də narazıdır.
“Yazıçılar Birliyinin əyalətlərdəki filialları, sektorları, tabeçiliyində olan orqanların fəaliyyəti bərbad durumdadır. Digər tərəfdən, Anar gənclik deyə bir məfhum tanımır. Çünki gəncliyin yanında olmağı bacaran şəxs hələ ilk olaraq özü gəncliyin yolunu kəsməməlidir. Düşünürəm ki, artıq Yazıçılar Birliyinin Anarlı dönəmi bitməlidir”, – o bildirib.
Şair Fuad Cəfərli də builki seçkilər üçün namizəd olduğunu təsdiqləyib: “Bildiyiniz kimi, mən artıq 2019-cu ildən namizəd olduğumu bildirmişəm. Ondan sonra qurultay təxirə salındı, amma hazırda da namizədəm. Ümumiyyətlə, hesab edirəm ki, AYB-nin gənclərlə bağlı fəaliyyəti qənaətbəxş deyil. Biz 2019-cu ildə bu siyasəti tənqid etmişdik və yalnız ondan sonra müəyyən mənada gənclərə redaksiyalarda yer verildi. Amma Anarın özü 30-31 yaşında “Qobustan” jurnalında baş redaktor idi, Rəsul Rza isə 29-30 yaşında artıq qurumun sədri idi”.
Fuad Cəfərli “AYB-də Anardan başqa nüfuzlu adam yoxdur” fikrinə də münasibət bildirib: “Ümumiyyətlə, “AYB-də Anardan nüfuzlu adam yoxdur” ifadəsi, ən azından, Anarın öz nəsildaşlarına qarşı hörmətsizlikdir. Necə olur ki, o boyda İsmayıl Şıxlı sədrlikdən gedəndə AYB-yə bir qurum kimi hər hansısa bir zərər dəymədi, amma Anar AYB-dən getsə, dağılmış olsun? Bu cür ifadələr, fikrimcə, qətiyyən doğru deyil”, – o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin qurultayı 26 oktyabr saat 10:00-da Akademik Milli Dram Teatrında keçiriləcək. Birliyin hazırkı sədri Xalq yazıçısı Anar mediaya sədrlik üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı