AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ - “Böyük oyun”dakı çıxışlara görə
24-10-2022 [17:38]
Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.
Mia.az-ın məlumatına görə, notada xüsusi vurğulanın ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.
Səfirlik Nazirliyin diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir:
"Sənəddə qeyd olunub ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola biləcək və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür.
Həmçinin təəssüflə vurğulanmışdır ki, sözügedən tok-şounun aparıcısı və bu “tamaşa”nın birbaşa iştirakçılarından biri “Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonovdur. Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir, eləcə də ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir.
Səfirlik bir daha Rusiya tərəfinin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarında strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdən çəkinməyə çağırış əks olunmaqla, separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur.
Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etmişdir".
İspaniya XİN başçısı: "NATO lazım gələrsə Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xabi Alonso istefaya göndərilib
Mübariz Mənsimovu kim "vurdurur" və ya Türkiyədəki saxta xəbər Azərbaycan "bazarı"na necə girib?
Əli Kərimlinin müavini istintaqa çağırıldı - Ramiz Mehdiyevlə bağlı
"Beşiktaş" Emmanuel Aqbadunu transfer edir
Denis Draquş "Qaziantep"ə transfer olunub
"Azercell Telecom" yeni rouminq paketlərini istifadəyə verir
"Trabzonspor" Serdar Saatçını icarəyə verib
"Qalatasaray" Can Armando Günerin transferində "dalan"a dirənib
"Beşiktaş" Qabriel Paulista ilə yolların ayırıb
Solovyova görə Ermənistan Rusiyaya nota verib
Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı: universitet və proqramların siyahısı təsdiqləndi
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Şəkidə 66 yaşlı kişi öldürülüb
Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilə bilər
Bu gün geomaqnit qasırğası gözlənilir
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
PREZİDENT MÜŞAVİRƏ ÇAĞIRDI - Müzakirə + FOTOLAR (Yenilənib)
Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib
İranlı narkotacirin Bakıdakı kuryerləri saxlanılıb
"Bonte" restoranında tavan çöküb
"Süni intellekt, “ChatGPT” və digər amillər sadəcə olaraq bir vasitədir" - Misir Mərdanov "Heç bir şey kitabı, danışığı əvəz edə bilməz" deyir
Ehtiyatdan çağırılan zabitlərlə bağlı dəyişiklik - Prezident yeni qanunu təsdiqlədi
"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub
RƏSMİ TEHRANDAN MÜHARİBƏ ANONSU: "Savaşa da hazırıq"
Ötən il 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub - Statistika
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - VİDEO
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO
Bakıya sulu qar yağacaq - Sabahın hava proqnozu
İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
Əhməd İsmayılov: "Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü..." - MÜSAHİBƏ
Xəzərin üzərindən Bakının mərkəzinə körpü salınır? - Rəsmi açıqlama
Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib
Azərbaycan qazının büdcə qiyməti 440 dollardan götürülüb