Partiya sədri yeni qanunu "topa tutdu": "Dövlət partiya sədrinə hörmət qoymayandan sonra..." - "40 min imza yığdım, Məzahir Pənahov məni qeydə almadı, dedi ki, səhvdir"
24-10-2022 [13:12]
“Bu qanun layihəsini yazanların heç birinin partiya təcrübəsi yoxdur. Adamlar bilmir ki, üzvlər necə gəlir, üzvlərin psixologiyası necədir”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində AĞ Partiya başqanı Tural Abbaslı deyib.
O bildirib ki, bu layihəyə əsasən, üzvlərdən az qala qan qrupuna qədər istəyirlər: “Siz gedib indi qonşunuzdan şəxsiyyət vəsiqəsinin kodunu istə, gör verəcək? Amma partiya üzvlərinin elə məlumatları burada istənilir ki?
Əgər məqsəd partiyaların fəaliyyətinin məhdudlaşdırılmasıdırsa, bu qanun çox əla hazırlanıb. Qanunun dili də bərbaddır. Biz partiyaları dövlətçilik maraqlarını hər şeydən üstün tutmağa səsləyirik. Partiyalar dövlətdən pul almırsa, İrandan da, Sorosdan da pul alacaq!
Bu gün Azərbaycanda dövlətə xəyanət ittihamı ilə həbsdə olan partiya sədrləri var. Bu qanun yenə də ona yol açacaq. Partiyanın daxili nizamnaməsinin Ədliyyə Nazirliyinə nə aidiyyəti var?
Dövlət partiya sədrinə hörmət qoymayandan sonra partiya üzvü nə hörmət qoyacaq?! Partiya sədrlərinin təhlükəsizliyinin təminatı məsələsini biz qaldırmışıq. Bütün gün avtobusdayam, yoldayam. Mənim təhlükəsizliyimi dövlət təmin etməyəcəksə, kim etməlidir?!
Ümumiyyətlə, bu qanunu yazanın rəqəm anlayışı var?! Bu qanunu yazanlar heç insanla işləməyib. O, heç ömründə 4000 imza yığıb? Digər tərəfdən, biz siyasətlə məşğul olaq, ya hesabat yığaq?! Bu qanunun belə müzakirəsi də peşəkar deyil. Qanunun geriyə tətbiqi də yolverilməzdir. Tahir Budaqovun da, Qüdrət Həsənquliyevin də təkliflərini dəstəkləyirik. Bu qanun layihəsi ilə bağlı partiya təcrübəsi olanlardan ibarət İşçi qrup yaradılmalıdır. Mən 40 min imza yığdım, Məzahir Pənahov məni qeydə almadı, dedi ki, səhvdir. Bəs mən seçkidə necə iştirak edim?”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi