"Partiyaların aktivliyinin təmin olunması məqsəddirsə..." - Qüdrət Həsənquliyevdən açıqlama
24-10-2022 [12:26]
"Bəlli bir qrup var ki, nə edirsən et, yanaşmaları budur ki, siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə qanun qəbul edilir”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev qanun layihəsindən yalnız 20 il Azərbaycanda yaşamış şəxsin Azərbaycanda siyasi partiyanın təsisçisi ola biləcəyi ilə bağlı müddəanın çıxarılmasını təklif edib və bunu Konstitusiyaya zidd sayıb.
Partiya sədri qanun layihəsində keçid müddəasına əsasən, yeni tələblərin hazırda dövlət qeydiyyatına alınmış partiyalara da şamil olunmasını düzgün saymayıb: “Konstitusiyasının 149-cu maddəsinə əsasən, layihədəki 30.1-ci maddə də Konstitusiya ilə ziddiyyət təşkil edir. Çünki Konstitusiyaya görə, qanunun geriyə şamil olunma qüvvəsi yoxdur. Siyasi partiyaların seçkilərdə iki dəfə iştirak etməməsi ilə bağlı maddə də çox müzakirə olunur. Bu, əslində siyasi partiyaların hərəkətliliyi təmin edilməyə hesablanır. Çünki siyasi partiyanın namizədinin qeydə alınmaması məsələsi var. Bu halda da partiya seçkilərdə iştirak etmiş sayılmalıdır. Partiyaların aktivliyinin təmin olunması məqsəddirsə, siyasi partiyaların namizədlərinin qeydiyyata alınması ilə bağlı məsələ sadələşdirilməlidir. Bir şəxsin neçə siyasi partiyaya üzv olması məsələsini də siyasi partiyaların dəqiqləşdirmək imkanı yoxdur. Bu da daha çox mənəvi məsələdir, nəinki hüquqi. Dövlət qulluqçularının siyasi partiyalara üzv olması məsələsinə də diqqət çəkmək istəyirəm. Dövlət qulluqçuları siyasi vəzifə tutursa, bu hüquq ona tanınmalıdır. İnzibati vəzifə tutan dövlət qulluqçularına isə siyasi partiyaya üzv olmaq qadağan edilməldir”.
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."