Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib (Yenilənib)

img

24-10-2022 [11:22]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.

Mia.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

***

Prezident İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.

Mia.az xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, prezident İlham Əliyev səfər çərçivəsində Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Qeyd olunub ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.

Vurğulanıb ki, Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.(APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA