LAÇINDA İKİ NƏFƏR MİNAYA DÜŞDÜ, BİRİ ÖLDÜ - ANAMA, prokurorluq və DİN-dən açıqlamalar (Yenilənib)
22-10-2022 [10:15]
Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Mia.az-a Reyting.az-a bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb: "Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək".
***
Laçın rayon prokurorluğu iki nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparır.
Mia.az rayon prokurorluğuna istinadən xəbər verir ki, oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
***
Laçında minaya düşən şəxslərin müalicəsi davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.
Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal polis əməkdaşlarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.
***
Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib, digərinin isə vəziyyəti qənaətbəxşdir.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.
Qeyd edilib ki, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.
Qəzza zolağında gərginlik - Üç fələstinli həlak olub
Somali BƏƏ ilə bütün dplomatik əlaqələri kəsdi - Təhlükəsizlik və müdafiə üzrə sazişlər Ləğv edildi
ABŞ Tehran rejimini sıxır - İranla ticarəti olan ölkələrə əlavə tarif tətbiq olunacaq
İspaniya XİN başçısı: "NATO lazım gələrsə, Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
İranın Rəşt bazarında 300-dən çox mağaza yandırılıb - Ölkədə 53 məscidə də od vurulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xabi Alonso istefaya göndərilib
Mübariz Mənsimovu kim "vurdurur" və ya Türkiyədəki saxta xəbər Azərbaycan "bazarı"na necə girib?
Əli Kərimlinin müavini istintaqa çağırıldı - Ramiz Mehdiyevlə bağlı
"Beşiktaş" Emmanuel Aqbadunu transfer edir
Denis Draquş "Qaziantep"ə transfer olunub
"Azercell Telecom" yeni rouminq paketlərini istifadəyə verir
"Trabzonspor" Serdar Saatçını icarəyə verib
"Qalatasaray" Can Armando Günerin transferində "dalan"a dirənib
"Beşiktaş" Qabriel Paulista ilə yolların ayırıb
Solovyova görə Ermənistan Rusiyaya nota verib
Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı: universitet və proqramların siyahısı təsdiqləndi
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Şəkidə 66 yaşlı kişi öldürülüb
Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilə bilər
Bu gün geomaqnit qasırğası gözlənilir
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
PREZİDENT MÜŞAVİRƏ ÇAĞIRDI - Müzakirə + FOTOLAR (Yenilənib)
Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib
İranlı narkotacirin Bakıdakı kuryerləri saxlanılıb
"Bonte" restoranında tavan çöküb
"Süni intellekt, “ChatGPT” və digər amillər sadəcə olaraq bir vasitədir" - Misir Mərdanov "Heç bir şey kitabı, danışığı əvəz edə bilməz" deyir
Ehtiyatdan çağırılan zabitlərlə bağlı dəyişiklik - Prezident yeni qanunu təsdiqlədi
"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub
RƏSMİ TEHRANDAN MÜHARİBƏ ANONSU: "Savaşa da hazırıq"
Ötən il 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub - Statistika
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - VİDEO
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO
Bakıya sulu qar yağacaq - Sabahın hava proqnozu
İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
Əhməd İsmayılov: "Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü..." - MÜSAHİBƏ
Xəzərin üzərindən Bakının mərkəzinə körpü salınır? - Rəsmi açıqlama