Prezidentdən sərəncam: bu universitetə tələbə seçimini müstəqil aparmaq hüququ verilib

img

21-10-2022 [14:11]


Preident İlham Əliyev İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

Müəyyən edilib ki, ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA