Vüqar Rəhimzadə: "Azad Zəngilan həyatının yeni mərhələsini yaşayır"
20-10-2022 [20:28]
“İki il öncə dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi, tarixi Zəfərimiz dünyaya səs saldı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci tarixli üçtərəfli Bəyanatın imzalanmasına qədər ordumuzun Zəfər yürüşünü addım-addım izlədikdə hər anın tariximizə Qələbə səhifəsi kimi yazıldığını böyük qürur hissi ilə qeyd edirik. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa növbəti qələbə müjdəli müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Ümumilikdə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Fərəhli haldır ki, qalibiyyətimizin rəmzi olan üçrəngli bayrağımız bu gün digər torpaqlarımız kimi, Zəngilanda da qürurla dalğalanır. Xalqımız bu anları səbirsizliklə gözləyirdi və əmin idi ki, dövlətimizin uğurlu və düşünülmüş siyasəti nəticəsində torpaqlarımız tarixi sahiblərinə qovuşacaq. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında bu əminliyi ifadə edirdi ki, biz bu torpaqlara qayıdacağıq. Qarabağ Azərbaycandır!
Otuz il düşmən tapdağı altında qalan, tamamilə dağıdılan, yerlə-yeksan olunan torpaqlarımızda iki ildir həyat qaynayır. Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi görülən işlərin miqyasında özünün aydın ifadəsini tapır. Bu gün digər işğaldan azad edilən torpaqlarımız kimi, Zəngilan da həyatının yeni mərhələsini yaşayır.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayb ki, iki ildir torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd etdiyimiz üçün qürurluyuq: “Biz bu torpaqlara gec-tez qayıtmalı idik. Azərbaycan bu illər ərzində hər bir sahədə gücləndi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artdı, gənclərimizə torpaq, Vətən sevgisi aşılandı. Müstəqilliyimizin bərpasının ilk illəri ilə bugünümüzü müqayisə etdikdə tamamilə fərqli bir Azərbaycanı görməklə yanaşı, ordumuzun gücü, qüdrəti beynəlxalq səviyyədə təqdir edilir, ən əsası ordu quruculuğu sahəsində görülən işlər gənclərimizi daha da ruhlandıraraq onların hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələrini şərtləndirir. Hansı ki, müstəqilliyimizin bərpasının ilk illərində vəziyyət tamamilə fərqli idi. Orduda fərarilik baş alıb gedirdi, gənclərimiz hərbi xidmətdən yayınırdılar. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu, dövlətimizin uğurlu və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır.”
“Dövlət başçısı İlham Əliyevin digər sahələr kimi, ordu quruculuğuna göstədiyi diqqət və qayğı tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 44 günün hər anında irəliyə doğru addımlayan, torpaqlarımızın işğaldan azad edilməsindən qürurlanaraq, döyüş ruhunu daha da artıran Azərbaycan əsgərləri canları, qanları ilə tarix yazmaqla bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, bugünümüzün əsas hədəfi azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq və soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını həyata keçirməkdir: “Artıq Böyük Qayıdışın ilk addımı atıldı. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında qurulur. Zəngilanın Ağalı kəndi bu layihənin reallaşdığı ilk məkan oldu. Bu il iyul ayının 19-dan Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Bu gün Ağalı kəndinin sakinləri onlar üçün yaradılan şəraitdən məmnundurlar. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonuna səfərləri çərçivəsində Ağalı kəndinin sakinləri ilə görüşdülər. Sakinlər burada onlar üçün müasir tələblərə cavab verən hər bir şəraitin yaradıldığını böyük məmnunluq hissi ilə qeyd etdilər. Bu gün artıq hər bir yeniliyi bu kəndin timsalında görmək mümkündür.”
YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə istifadəyə verilməsi nəzərdə tutulan üç Beynəlxalq Hava Limanından daha birinin - Zəngilan Beynəlxalq Hava Limanının bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış oldular. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti bu diyarın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Atılan bu kimi mühüm addımlar tarixi Qələbəmizin beynəlxalq aləmdə təsdiqinə, eyni zamanda, bu torpaqların malik olduğu turizm imkanlarından səmərəli istifadəyə geniş imkanlar yaradır. Ümumilikdə hər bir bölgənin inkişafında yol infrastrukturu mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev bu ərazilərdə bərpa-quruculuq işlərinə start verilən zaman ilk olaraq infrastruktur layihələrinin uğurlu icrasını qarşıya mühüm vəzifə kimi qoydu.”
Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Zəngilana da hər səfəri yeni sosial obyektlərin təməlinin qoyulması və açılışı ilə yadda qalır: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun işğaldan azad edilməsinin ikinci ildönümündə bu rayona səfərləri də bu baxımdan zəngindir. Belə ki, dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşdülər, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə saldılar, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak etdilər. Göründüyü kimi atılan addımların davamlılığı ölkəmizin iqtisadi imkanlarının, xalqımızın nə qədər qurucu xalq olduğunun təqdimatıdır.”
Mia.az
Aktyorun üzərinə ağac aşdı, ölümcül xəsarət aldı - Hadisənin VİDEOsu
İordan çayının qərb sahilinə basqın: həbslər var
Peşəkar Futbol Liqası "boz bina"dan uzaqlaşdı
Pakistanda daşqın: ölənlərin sayı 351-ə çatıb
Miri Yusif, Röya, Xəyyam Nisanov, Zamiq Hüseynov... - Onlar milyarderin övladının toyuna hazırlaşır
Qəzzada ölənlərin sayı artıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Məni izləyin" - Tramp belə bir anons verdi
Əməkdar müəllimə ağır itki üz verib (Xəbər yenilənib)
Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib
Rəqsanə İsmayılovanın vəkili danışdı: "Bu, istintaq sirridir..."
Avropa liderləri Vaşinqtona səfər edəcək
Vidadi Babanlı Qazaxda dəfn olunub - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və Rusiya Cənubi Qafqazda sövdələşdi, bəs Ukraynada? - Zelenskinin taleyini həll edəcək cavab nə olacaq?
Yazıçı Vidadi Babanlı vəfat edib
Tramp Avropa liderləri ilə danışıb - Ukraynaya NATO çətiri altında təminat veriləcək?
Sabah rayonlara dolu düşəcək
Azərbaycan təyyarə və helikopterləri təlimdə - VİDEO
ÜÇ NƏFƏRƏ GENERAL RÜTBƏSİ VERİLDİ, ONLARA İSƏ... - Prezident bu şəxsləri təltif etdi
Rəsmi Bakı Pakistana başsağlığı verdi
Xəzər dənizində zəlzələ olub
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Donald Tramp Zelenski ilə zəngləşib - Uzun müzakirə aparılıb
Azərbaycan nefti bahalaşıb
Tovuz rayonunda zəlzələ olub
Goranboyda əkin sahəsində yanğın törədən şəxs cəzalandırılıb
DÜNYANIN GÖZÜ ALYASKADA: Putinlə Tramp 6 il sonra belə görüşdü, otaqda isə pərtlik yarandı - 3 saata yaxın çəkən görüş bitdi + VİDEO, FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Sabah” FK-nın baş məşqçisi azarkeşlərə “mədəniyyətsiz” dedi - Qorxaq futbolçuların Avroliqa oyunlarında sabahı olmaz (VİDEOLAR)
Tramp Rusiya ilə ərazi mübadiləsini mümkün saydı: "Ukraynaya zəmanət verilə bilər, ancaq..."
İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub - SİYAHI
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Beşiktaş" klubu Taylan Bulutu İstanbula dəvət edib
Qəzzada daha 18 mülki şəxs öldürülüb
Qod Nisanov oğluna toy edir
Ağdərənin Vəngli kəndinə də ilk köç olub - 22 ailə yerləşdirildi
"Leyptsiq" Romulonu transfer edib
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Nazım Hikmətə aid arxiv sənədi yayılıb - FOTO