Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd edib

img

20-10-2022 [18:49]


Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri göstərməklə 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

Mia.az xəbır verir ki, Beynəlxalq Ədalət Məhkəməsi 12 oktyabr 2022-ci il tarixli məcburi qüvvəyə malik olan qərarında belə nəticəyə gəlib ki, 2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş döyüşlər və erməni hərbçilərin saxlanılması Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır.

Həmçinin qeyd edilir ki, ölkələr arasında yaranmış gərgin vəziyyət 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirlərin effektiv həyata keçirilməsinin zəruriliyini təsdiq edir: “Bu şəraitdə Məhkəmə həmin tədbirlərin təsdiqini zəruri hesab edir. Hər iki tərəfdən məhkəmə qarşısında mübahisəni ağırlaşdıran, uzada bilən və ya həllini çətinləşdirən hərəkətlərdən çəkinmələri tələb olunur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA