Partiya sədri: "Hazırda iqtidarın təhlükəsizliklə bağlı narahatlığı varsa..." - "Azərbaycanın mövqelərini zəiflətməyə çalışırlar"
19-10-2022 [17:37]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi”nə müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, “Milli Şura” Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısına piket təyin edib. Hazırda belə bir etiraz aksiyasının keçirilməsi nə qədər məqsədəuyğundur?
- Piketi təşkil edənlər aksiyanın keçirilməsini məqsədəuyğun hesab edirsə, Konstitusiyanın 49-cu maddəsinə əsasən, bu barədə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə piket düzəldə bilərlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin IV və V bəndlərində toplantının hansı hallarda qadağan oluna bilməsi qeyd olunur. Həmin normaları olduğu kimi təqdim edirəm:
4-cü maddə - “Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər”.
5-ci maddə - “Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər”.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 3-cü bəndində deyilir ki, yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan hüquq və azadlıqları qismən və müvəqqəti məhdudlaşdırıla bilər.
71-ci maddənin 6-ci hissəsində düzünə göstəriş var ki, “bu Konstitusiyanın insan hüquq və azadlıqları ilə bağlı tələbləri birbaşa hüquqi qüvvəyə malikdir”.
Ona görə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 4-cü və 5-ci bəndləri Konstitusiya ilə ziddiyyət təşkil etdiyindən tətbiq oluna bilməz.
Məhz bu səbəbdən Bakı şəhər İcra Hakimiyyəti deyə bilməz ki, mən məqsədəuyğun hesab etmədiyim üçün piket düzəltməyi qadağan edirəm. Toplantının keçirilməsinin məqsədəuyğunluğunu onu təşkil edənlər müəyyən edir.
Azərbaycanda dövlət idarəetməsində savadlı hüquqşünaslara böyük ehtiyac var.
Yeri gəlmişkən, onu da qeyd edim ki, bizdə cəmiyyətin sosial inkişaf indeksi, ictimai-siyasi münasibətlər sistemi yüksək Qərb standartlarına cavab verməsə də Konstitusiya və Qanunlar qəbul olunanda çalışırıq ki, bizdə də hüquq normaları Qərbdəki kimi olsun və biz də “qəşəng” qanunlarımızın olması ilə öyünək. Sonradan isə Konstitusiyaya zidd qanunlar qəbul edirik, Konstitusiyanın tələblərinin yerinə yetirilməsində problemlər yaranır və vətəndaşların qanunun aliliyinə, hüququn üstünlüyünə inamı sarsılır. Ona görə də cəmiyyət üçün hamı tərəfindən əməl olunan “pis” qanunlar icra olunmayan yaxşı qanunlardan daha faydalıdır. Çünki ən azından vətəndaşlara qanunların aliliyinə hörmət ruhu aşılayır.
- Yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Düşünürəm mövcud reallıqlara uyğun yeni konstitusiya qəbul olunmalı və o zamanla, cəmiyyətin inkişafına uyğun olaraq təkmilləşdirilməlidir.
Hazırda iqtidarın təhlükəsizliklə bağlı narahatlığı varsa, sərbəst toplaşma azadlığı ölkəmizin müharibə vəziyyətində olmasına görə məhdudlaşdırıla bilər. Kimsə deyə bilər ki, Ermənistanla atəşkəs elan olunub. Amma biz görürük ki, az qala hər gün sərhəddə atışma olur, Ermənistan çalışır dünyaya göstərsin ki, münaqişə bitməyib. Biz, sülh sazişi imzalanmayana qədər Ermənistanla faktiki müharibə vəziyyətindəyik. Rəsmən müharibə olunmaması faktiki vəziyyəti dəyişmir. Bu gün Rusiya və Ukrayna arasında gedən müharibə də rəsmən elan olunmayıb.
Sizin birinci sualınıza qayıtsaq, mən də hazırda kütləvi etiraz aksiyalarının keçirilməsini məqsədəuyğun saymıram. Konstitusiyanın 24-cü maddəsinin 3-cü hissəsində qeyd olunur ki, “hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir”.
- Bəs piketin məhz indi elan olunmasında məqsəd nədir?
-Açıqdan açığa hiss olunur ki, hazırda bu cür piketlərin elan olunması təxribat xarakterlidir və Azərbaycan dövlətinə təzyiq məqsədilə xaricdən sifariş olunur. Qanuna görə piketlərdə maksimum 50 nəfər iştirak edə bilər. Amma biz nəyi müşahidə edirik, təşkilatçılar hər dəfə əhaliyə çağırış edirlər ki, piket keçirilən yerə gəlin və kənardan piketə dəstək verin. Tutaq ki, onların çağırışı ilə ora 10 min adam gəldi, təhlükəsizlik isə 50 nəfərə görə təmin edilib və orada ictimai qayda pozulsa və kütləvi iğtişaşlar baş versə,insanların həyatı təhlükə altına düşərsə, onların sağlamlığına, mülkiyyətinə zərər vurularsa buna görə kim məsuliyyət daşıyacaq?
Hələ mən dövlətin təhlükəsizliyini demirəm. Əslində təşkilatçılar xahiş etməlidirlər ki, piketdə iştiraka adlı dəvət almayan şəxslər piket keçirilən əraziyə gəlməsin. Baxın, iqtidarı qanunları pozmaqda ittiham edən, qanunların aliliyi uğrunda mübarizə apardıqlarını bəyan edən bu adamlara necə inanmaq olar. Hesab edirəm müvafiq dövlət orqanları bu məqama xüsusi diqqət yetirməlidirlər.
İndi elektron informasiya vasitələri ilə etirazı daha geniş kütlələrə çatdırmaq mümkündür. Görün, sərhədlərimizdə İran hansı təxribatlarla məşğuldur, Rusiyada nələr baş verir, Qərbin ermənipərəst dairələri dövlətimizə hansı təzyiqləri edir, bunlar isə ölkə daxilində təxribatlara yol aça biləcək hərəkətlərdən çəkinmirlər. Bütün gücləri ilə sülh danışıqlarında Azərbaycanın mövqelərini zəiflətməyə çalışırlar. Gah deyirlər Ermənistanın torpaqlarını işğal etmişik, gah Rusiyanın bölgəni qarışdırmaq oyunlarında iştirak etdiyimizi bəyan edirlər, indi isə Azərbaycanda insan hüquqlarının pozulduğunu nümayiş etdirmək istəyirlər.
Amma əminəm ki, belə həssas məqamda xalqımız keçən dəfə olduğu və özlərinin də etiraf etdiyi kimi onların çağırışlarına yenə də əhəmiyyət verməyəcək, müvafiq dövlət orqanları isə ölkədə sabitliyin pozulmasına yönələn istənilən təxribatın qarşısını alacaq.
Aktyorun üzərinə ağac aşdı, ölümcül xəsarət aldı - Hadisənin VİDEOsu
İordan çayının qərb sahilinə basqın: həbslər var
Peşəkar Futbol Liqası "boz bina"dan uzaqlaşdı
Pakistanda daşqın: ölənlərin sayı 351-ə çatıb
Miri Yusif, Röya, Xəyyam Nisanov, Zamiq Hüseynov... - Onlar milyarderin övladının toyuna hazırlaşır
Qəzzada ölənlərin sayı artıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Məni izləyin" - Tramp belə bir anons verdi
Əməkdar müəllimə ağır itki üz verib (Xəbər yenilənib)
Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib
Rəqsanə İsmayılovanın vəkili danışdı: "Bu, istintaq sirridir..."
Avropa liderləri Vaşinqtona səfər edəcək
Vidadi Babanlı Qazaxda dəfn olunub - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və Rusiya Cənubi Qafqazda sövdələşdi, bəs Ukraynada? - Zelenskinin taleyini həll edəcək cavab nə olacaq?
Yazıçı Vidadi Babanlı vəfat edib
Tramp Avropa liderləri ilə danışıb - Ukraynaya NATO çətiri altında təminat veriləcək?
Sabah rayonlara dolu düşəcək
Azərbaycan təyyarə və helikopterləri təlimdə - VİDEO
ÜÇ NƏFƏRƏ GENERAL RÜTBƏSİ VERİLDİ, ONLARA İSƏ... - Prezident bu şəxsləri təltif etdi
Rəsmi Bakı Pakistana başsağlığı verdi
Xəzər dənizində zəlzələ olub
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Donald Tramp Zelenski ilə zəngləşib - Uzun müzakirə aparılıb
Azərbaycan nefti bahalaşıb
Tovuz rayonunda zəlzələ olub
Goranboyda əkin sahəsində yanğın törədən şəxs cəzalandırılıb
DÜNYANIN GÖZÜ ALYASKADA: Putinlə Tramp 6 il sonra belə görüşdü, otaqda isə pərtlik yarandı - 3 saata yaxın çəkən görüş bitdi + VİDEO, FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Sabah” FK-nın baş məşqçisi azarkeşlərə “mədəniyyətsiz” dedi - Qorxaq futbolçuların Avroliqa oyunlarında sabahı olmaz (VİDEOLAR)
Tramp Rusiya ilə ərazi mübadiləsini mümkün saydı: "Ukraynaya zəmanət verilə bilər, ancaq..."
İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub - SİYAHI
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Beşiktaş" klubu Taylan Bulutu İstanbula dəvət edib
Qəzzada daha 18 mülki şəxs öldürülüb
Qod Nisanov oğluna toy edir
Ağdərənin Vəngli kəndinə də ilk köç olub - 22 ailə yerləşdirildi
"Leyptsiq" Romulonu transfer edib
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Nazım Hikmətə aid arxiv sənədi yayılıb - FOTO