24-04-2014 [17:16]
Xatırladaq ki, dələduzluqda ittiham olunan şəxslərdən 4 nəfərinin: Ağalar Mehdiyev, Hüseyn Nuriyev, Nəsir Hüseynov və Əhliman Camalovun barəsində bir qrup şəxsin müraciətləri son günlər KİV-də yayılmışdı.
Həmin məlumatlara görə, Bakıda «LNS» MMC adı ilə fəaliyyət göstərən maliyyə piramidasının şəriki Hüseyn Nuriyev, «LNS»-in baş mütəxəssisi Ağalar Mehdiyev (Ağalar İdrisoğlu), «LNS» MMC-nin əməkdaşları Nəsir Hüseynov və Əhliman Camalov bir qrup şəxsdən işə düzəltmək və gəlir əldə etmək vədi ilə müxtəlif məbləğlərdə pul alaraq aldatmışlar.
Aldadılan şəxslərdən Fərhad Abdulov, Rahim Cəfərov, Əbulfəz Rzayev və digər şəxslər 2013-cü ildə özünü «Prezidentin vəkili» kimi təqdim edən tanınmış rejissor Mehdiyev Ağalar İdris oğlu və onun əlaltısı Hüseyn Nuriyevin «LNS» şəbəkəsinə cəlb edilmələri adı ilə onlardan külli miqdarda pul almalarına dair hüquq-mühafizə orqanlarına və mətbuata ərizələr yazmışdılar.
Şikayətçilərin bildirdiyinə görə, Ağalar İdrisoğlunun rəhbərliyi ilə qurulan «LNS» MMC maliyyə piramidası sxemi ilə fəaliyyət göstərirmiş. Hüseyn Nuriyev, Əhliman Camalov, Nəsir Hüseynov ayrı-ayrı şəxslərə «LNS» MMC-nin, guya, ölkə prezidentinin göstərişi ilə yarandığını, «Prezidentin vəkili», Əməkdar incəsənət xadimi rejissor Ağalar İdrisoğlunun isə «yuxarıların tövsiyəsi» ilə bu işə rəhbər kimi təyin olunduğunu söyləməklə minlərlə şəxsin etimadını qazanmışlar. Qeyd edilməlidir ki, A.İdrisoğlu və H.Nuriyev də mətbuata verdikləri müsahibədə 2008-2011-ci illərdə «Questnet» şirkətinin distribütorları olmuşlar, 2012-ci ildə «LNS» MMC-ni qurmuşlar və bu şirkətə rəhbərlik edirlər. Əhliman Camalov və Nəsir Hüseynov adlı keçmiş Guest-çilər isə Hüseynin əsas «təbliğatçıları» idilər. Guya, İtalyan şirkətinin Azərbaycanda nümayəndəsi olan «gözəgörünməz» Anar «müəllim»in vəzifəsi isə işlərə Türkiyədən dəstək vermək, İtaliya və Türkiyənin məşhur markalarının «LNS» şəbəkəsi vasitəsilə satışını təşkil etmək olacaqdı.
Şikayətçilərin dediyinə görə, əvvəllər A.İdrisoğlu pulları aldığını və qaytaracağını yazılı şəkildə etiraf etməklə 50-dən artıq adamı sakitləşdirə bilirdi. Ümidi onda idi ki, həftədə 20 min manat qazancı olan Hüseyn Nuriyev onun borclarının bağlanmasına kömək edəcək. Ötən ilin dekabrın 24-də (tarixə diqqət edin) özünə 180 min dollarlıq maşın almasını elan edən Hüseyn «LNS»in ofisində ziyafət təşkil edəndə A.İdrisoğlu ümid edirdi ki, şəriki ona da əl tutacaq. Çünki şəxsən şəbəkəyə cəlb etdiyi onlarla adamın pulunu alıb Hüseynə vermişdi. Əvəzində onun mükafatı isə LNS-in Sumqayıt ofisi oldu. Xidmətinə də «güclü şəbəkə lideri» Əhliman Camalov verildi. Lakin keçən 3 ay ərzində Hüseyn Nuriyevin «ideoloq»a maliyyə dəstəyi verməməsi şikayətçilərin də səbr kasasını doldurdu. Şikayətçilər isə artıq onun yalan vədlərindən doyub hüquq-mühafizə orqanlarına üz tutublar.
Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən dələduzluq) cinayət işinin açılmasına dair DİN-in verdiyi rəsmi məlumatda göstərilir ki, Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev və s. şəxslər dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhramanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə aprelin 22-də ərizə ilə müraciət olunub.
Adam 1 həftə ərzində özünə 2 sağ-sol tapmalıdır, özü də hər biri minimum 200 manat olmalıdır. 1 həftədən keçdisə, qazanc verilmir. Beləcə, müxtəlif vaxt məhudiyyətləri ilə müxtəlif məbləğlər. Hər 100 manatqlıq qoyuluş 1 bal sayılır. Guya, nə qədər çox məbləğ olsa, yəni, çox pul versən o qədər çox qazancın olar. Ancaq bunun da vaxt məhdudiyyəti var. Məsələn, 1500 manat verib 15 ballıq qoşulursan. Ancaq sən 1 ay ərzində minimum 50 nəfər 15 ballıq adam qoşmalısan ki, həmin bala uyğun qazanc sənə verilsin. 49 adam qoşsan belə, yenə sənə 1500 manat uyğun bal verilməyəcək. Hər kəsə bu sistem tətbiq edilməklə, 1 adamın gətirdiyi – məsələn, 49 adamın hərəsinin gətirdiyi 1500 manat eləyir 73500 manat. Bundan da 100 manatdan 50 saatın pulunu çıxsan, yəni, 5000. yerdə qalan 67500 manatı LNS piramidasının başında duranlar yeyir”.
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib