Dünya çempionatı: Nihad Quluzadə gümüş medal qazanıb

img

18-10-2022 [20:24]


Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

Mia.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.

63 kq-da çıxış edən Ziya Babaşov isə bürünc medal uğrunda görüşdə yaponiyalı Ryuto İkedanı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən, məğlub olan Azərbaycan təmsilçisi 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, bu gün 63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ryuto İkeda (Yaponiya) ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran) ilə güləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA