Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib

img

18-10-2022 [11:06]


Göyçay Rayon İcra Hakimiyyətinin yeni başçısı Natiq Ağayev kollektivə təqdim olunub.

Mia.az xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA