RƏSMİ BAKIDAN  PAŞİNYANIN NAXÇIVANLA BAĞLI AÇIQLAMASINA REAKSİYA: "3 qeyri-real variantı təklif etmək yaxşı siyasət deyil"

img

17-10-2022 [13:57]


"Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi paylaşım edib.

Bildirilib ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç buraxılış məntəqəsinin açılmasını təklif edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA