Türkiyə XİN başçısı: “Qlobal sabitliyi təmin etməkdə türk dünyasının rolu artıb”

img

17-10-2022 [11:18]


“Qlobal sabitliyi təmin etməkdə türk dünyasının rolu artıb”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışı zaman deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə hər kəsə təsir edir: “Biz də türk dünyası olaraq bu hadisələrdən, o cümlədən enerji böhranından təsirlənirik”/Report.

Xatırladaq ki, İstanbulun Dolmabahçe Sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir. Həmin iclasda xarici işlər naziri Ceyhun Bayramov da  toplantıda iştirak edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR