Nazirliyin mətbuat katibi vəzifəsinə yeni təyinat oldu

img

17-10-2022 [10:53]


Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

Mia.az xəbər verir ki, bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib.

Bu təyinat nazirliyin şöbə müdiri Məryəm Qafarzadənin sosial məzuniyyətə çıxması ilə bağlıdır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsini isə qurumun böyük məsləhətçisi Fariz Hüseynli icra edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR