Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı: nələr müzakirə edilib?

img

15-10-2022 [20:52]


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.

Mia.az XİN-ə istinadla bildirir ki, nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR